Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Xətai rayonu 25 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri kitabxanaya ekskursiya etdilər.

31-05-2017 14:50

31 May 2017- ci il tarixində Xətai rayonu 25 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın xidmət şöbəsinin əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra Nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kitabxana ekskursiyaya gələn hər bir uşağın marağına səbəb oldu . Məktəbin müəllim və şagird kollektivi kitabxanada tərtib olunan sərgi ilə tanış oldular,oxucuların rəy və təkliflər kitabına öz fikirlərini qeyd etdilər.



274 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79