Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

15-08-2016 21:44

OXUCULARA XİDMƏT ŞÖBƏSİ 

Şöbə müdiri: Niftiyeva Könül Alik qızı

E-mail: niftiyevak@mail.ru

Şöbə haqqında ümumi məlumat

Oxuculara xidmət şöbəsi 1965-ci ildən mütəqil fəaliyyət göstərir. Şöbə kitabxanaya müraciət edən oxuculara xidməti həyata keçirir. Şöbənin abonement və oxu zalları  20  minə yaxın oxucu qəbul edir. Xidmət şöbəsi uşaqlara, yeniyetmələrə, və digər oxuculara  fondda olan bütün çap sənədlərindən, elektron resurslardan və lokal şəbəkədən istifadəni  və “Biləyən” Multimedia zalında xidməti həyata keçirir. Həmçinin, kitabxanada nağıl və psixologiya saatları, kiçik yaşlı oxucularla əyləncəli interaktiv oyunlar təşkil olunur.

Strukturu

- oxucuların uçotu və qeydiyyatı bölməsi;

- böyük oxu zalı;

- kiçik oxu zalı;

- abonement

- məktəbəqədər uşaqlara xidmət (0-6 yaş)

- kiçik yaş qrupu üzrə xidmət bölməsi(6-10 yaş)

- orta yaş qrupu üzrə xidmət bölməsi;(10-13)

- böyük yaş qrupu üzrə xidmət bölməsi(13-17 yaş)

- mütaliəyə rəhbərlik bölməsi;

- Lokal şəbəkədən istifadə üçün oxu zalı bölməsi.

Vəzifələri

Kitabxanaya üzv olan bütün oxuculara abonement və oxu zallarında kitab və dövri mətbuatdan,  elektron resurslardan və lokal şəbəkədən istifadə üçün şərait yaradır. Məktəb və məktəbəqədər müəssisələrlə bağlanmış müqavilə əsasında səyyar kitabxana xidməti göstərir.

Fəaliyyət istiqamətləri

Oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir;Yardımçı ədəbiyyat fondlarının komplektləşdirməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir. Oxucu sorğularının qeydiyyatını aparır. Abonement,  oxu zalları  və nağıl otağında ardıcıl olaraq yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edir. Fiziki qüsurlu uşaqlara və evdə məktəb təhsili alanlara səyyar xidmət göstərir.

Kiçik yaş qrupu üzrə oxu zalı

Bu zalda 20 oxucu yeri var. Buraya ədəbiyyat əsas etibarilə Komplektləşdirmə şöbəsindən alınır. Oxucu qrupları əsasən valideynlər, məktəbəqədər və kiçik yaş qrupuna məxsus uşaqlar (0-10 yaş), müəllimlər, uşaq mütaliəsinə rəhbərlik edənlər və s.dən ibarətdir. Oxuculara verilən sənədlər yalnız həmin zalda istifadə üçün verilir. İnformasiya  daşıyıcılarından istifadə pulsuzdur.

Böyük yaş qrupu üzrə oxu zalı

Bu zalda 50 oxucu yeri var. Buraya ədəbiyyat əsas etibarilə Komplektləşdirmə şöbəsindən alınır. Oxucu qrupları əsasən valideynlər, orta və böyük yaş qrupuna məxsus uşaqlar (11-17 yaş), müəllimlər, uşaq mütaliəsinə rəhbərlik edənlər və s.dən ibarətdir. Oxuculara verilən sənədlər yalnız həmin zalda istifadə üçün verilir.  İnformasiya  daşıyıcılarından istifadə pulsuzdur.

Elektron resurslardan istifadənin təşkili

Oxucu sorğusu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatda gedən məqalələrintam elektron mətni avtomatlaşdırma və biblioqrafiya şöbələri tərəfindən yaradılaraq oxu zallarında local xidmətlə oxucuların istifadəsinə verilir.Abonement bölməsində müxtəlif mövzularda kitabların diskləri evdə oxunması üçün verilir. Lokal şəbəkədən istifadə üzrə böyük oxu zalında daha çox oxucunun eyni zamanda kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə imkanları artmışdır.20 kompyuter vasitəsilə oxuculara xidmət göstərilir və onların sorğuları tam şəkildə ödənilir.

5 dekabr 2014-cü ildə Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün kitabxanada Dil kursları və İnformasiya mərkəzi açıldı. Kitabxanada açılmış bu mərkəzin məqsədi ilkin kitabxanadan istifadə edən  gözdən əlil uşaqlara düzgün yanaşma, psixoloji yardım etməklə onların cəmiyyətə inteqrasiyasına kömək etmək idi. Uşaqlar üçün  2 ədəd kompyuterdə GAVZ proqramının təminatı,  lokal şəbəkədə internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması istiqamətində işlər həyata keçirir.



182 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79