Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirildi.

02-10-2017 11:00

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırdı.Sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib. Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlərin keçirildiyini söyləyən A.Cəfərov qeyd edib ki, bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olma imkanı qazanıblar. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi çıxış edərək sərgi-yarmarkanı yüksək qiymətlərndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Sonda V Bakı Beynəlxalq Kitab-Sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib. Diplom alanlar sırasında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanası tərəfindən təsis edilən "Göy qurşağı" uşaq jurnalı da var idi.

  



106 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79