Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən karvanın növbəti ünvanı Neftçala rayon Mərkəzi Kitabxanası oldu.

08-11-2017 11:10

“Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən karvanın növbəti ünvanı Neftçala rayon Mərkəzi Kitabxanası oldu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Uşaq Kitab Karvanı Bölgələrdə” adlı səfər, 7 noyabr 2017-ci il tarixində Neftçala rayon Mərkəzi Kitabxanasında keçirildi. Tədbir Neftçala rayon MKS-nin direktoru Gülnarə Qasımova giriş sözü ilə başladı. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi.O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim etdi.Tədbirdə uşaq yazıçılarından Aygün Bünyatzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı iştirak edirdi.Tədbirə Neftçala şəhər 1 və 3 saylı məktəbin şagirləri ilə yanaşı 1 saylı körpələr evinin uşaqlarıda qatılmışdı.Uşaq yazıçıları iştirakçıları maraqlandıran bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verildi.Tədbir kiçik yaşlı uşaqlar arasında keçirilən “Tap görüm” adlı viktorina ilə davam etdi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı.Təşkil olunan Kitab Sərgiləri bütün rayon ictimaiyyətinin maraq və sevincinə səbəb oldu. Tədbirin sonunda Biləsuvar Regional Mədəniyyət vəTurizm Idarəsinin Neftçala rayon üzrə nümayəndəsi Elmira Kazımova Kitab Karvanı layihəsinin neçə illər belə uğurla həyata keçməsində xidməti olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirdi. Tədbir KİV əməkdaşları tərəfindən işıqlandırıldı. Qeyd, edək ki, tədbirin keçirilməsində başlıca məqsədlər sırasında , səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək idi.



80 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79