Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən karvana ilk olaraq Salyan rayon Mərkəzi Kitabxanası ev sahibliyi etdi.

07-11-2017 20:12

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Kitab karvanı layihəsi” 6 noyabr 2017-ci il tarixində baş tutdu. “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən kitab karvanına ilk olaraq Salyan rayon Mərkəzi Kitabxanası ev sahibliyi etdi. Tədbiri giriş sözü ilə Salyan rayon MKS-nin direktoru Səidə Əliyeva açdı. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi. O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim etdi. Tədbirdə uşaq yazıçılarından Aygün Bünyatzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı iştirak edirdi. Uşaq yazıçıları tədbir iştirakçılarına maraqlı olan bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verildi. Respublika Kitab Kollektorunun da kitabxaya hədiyyəsi oldu. Tədbir kiçik yaşlı uşaqlar arasında keçirilən “Tap görüm” adlı viktorina ilə davam etdi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı. Mərkəzi kitabxanada təşkil olunan Kitab Sərgiləri bütün rayon ictimaiyyətinin sevincinə səbəb oldu. Tədbirin sonunda Mədəniyət və Turizm Şöbəsinin Salyan üzrə nümayəndəsi Günaydın Əhədova , Salyan rayon İcra hakimiyyətinin nümayəndəsi Sevinc xanım Kitab Karvanı layihəsinin neçə illər belə uğurla həyata keçməsində xidməti olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirdi. Tədbir KİV əməkdaşları tərəfindən işıqlandırıldı. Qeyd, edək ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək idi.



179 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79