Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı seminar məşğələ

26-10-2017 14:46

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin 2017-ci ilin II yarısı üçün təsdiqlənmiş iş planının 3.10 maddəsi əsasında F.Köçərli adına Respublika uşaq kitabxanası 2017-ci ilin 25-27 oktyabr tarixində Lənkəran, Şirvan, Abşeron, Ağdaş, Ağcəbədi,Ağdam, Beyləqan, Cəbrayıl rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədilə  “Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı  seminar məşğələ keçirdi. Seminar iştirakçıları kitabxana ilə tanış oldular. “Uşaqlara səyyar kitabxana xidmətinin təşkili”  adlı metodik vəsait, “Göy qurşağı” uşaq jurnalı və 10 adda metodiki biblioqrafik vəsaitlər verildi. Seminar məşğələni giriş sözü ilə Şəhla Qəmbərova açdı. O, informasiya cəmiyyətində kitabxanaların rolundan danışdı. Elmi işlər üzrə direktor müavini Z.Dadaşova “Keçmişimizi düşünək, gələcəyimizi qoruyaq” adlı çıxışını video çarxlı slaydın nümayişi ilə seminar iştirakçılarına təqdim etdi. Elmi metodika şöbəsinin müdiri R.Məmmədli isə  hazırladığı çarxlı slaydın köməyi ilə “İnformasiya cəmiyyətində uşaq kitabxanaları” mövzusu ilə çıxış etdi və hər bir iştirakçıya əlamətdar və tarixi günlər, yubilyar yazıçı və şairlərə həsr olunmuş metodik vəsaitlər təqdim olundu. İştirakçılara bu mövzuda rəy sorğusu təqdim olundu. Rəy sorğularının təhlili seminarın III günü müzakirə olunacaq. 



165 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79