Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Tariximiz

F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin  25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan,  Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.

Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara kitabxana xidmətinin və onun metodik təminat sisteminin formalaşmasında irəliyə atılmış ciddi addım oldu. Belə ki, görkəmli alim və maarifçi F. Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanasının yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi, uşaqlara xidmət edən digər kitabxanalara, o cümlədən, 3 mindən çox məktəb kitabxanasına metodik rəhbərlik təmin edildi. Nəhayət, uşaq kitabxanaları üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət bütün kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik və təşkilati zəmin yaratdı. Respublika Uşaq Kitabxanasının elmi-metodik fəaliyyətini kitabxanaşünaslıq elminin son nailiyyətləri zəminində təşkil etmək məqsədilə 60-cı illərin sonu və 70-ci illərin əvvəlində zəngin metodik nəşrlər fondu yaradıldı. Fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini  və qabaqcıl təcrübəni əks etdirən zəngin ədəbiyyat toplandı. 60-cı illərin əvvəllərində Azərbaycanda 88,  Bakı şəhərində 22 müstəqil uşaq kitabxanası fəaliyyət göstərirdi. Bu illərdə uşaq kitabxanalarına metodik rəhbərlik mahiyyət etibarı ilə vahid və bütöv sistem kimi təşəkkül tapmamışdı. Respublikada uşaq kitabxanalarının fəaliyyətini metodik cəhətdən tənzimləyən mərkəzin yaradılması uşaqlara xidmət edən kitabxanaların təşkilati metodik problemlərinin vahid qaydada həllini təmin etməkdən, eyni zamanda ayrı- ayrı kitabxanaların qabaqcıllar səviyyəsinə qaldırılmasına kömək etməkdən ibarət idi. Kitabxana yarandığı dövrdə fondunda cəmi 43.000 nüsxə ədəbiyyat var idi ki, onun da 27337 nüsxəsini uşaq ədəbiyyatı təşkil edirdi.1999-cu ildə qüvvəyə minmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il  12 yanvar tarixli  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il 27 dekabr tarixli “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin  2008-2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur.Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin üzvüdür.2010-cu ildə kitabxananın müasir tələblərə cavab verən yeni kitabxana binasına köçməsi həm uşaqları, həm də valideynləri razı saldı. Belə ki, uşaqlar ən müasir texnologiya və metodlardan istifadə edir, Nağıl otağında təşkil olunan Nağıl saatlarında təkcə öz nağıllarımızı deyil, dünya nağıllarını dinləyir, müzakirə edir, dünyagörüşlərini təkmilləşdirirlər. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur.Hazırda kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı var. 3 filialı isə Bakının müxtəlif rayonlarında (Yasamal, Binəqədi və Yeni Günəşli) fəaliyyət göstərir.. Az.TV-nin “Çıraq”, “Sərbəst düşüncə” uşaq  verilişləri kitabxananın oxu zalında müntəzəm olaraq uşaq şair və yazıçılarının yaradıcılığına müraciət edərək çəkilişlər aparmışdır. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 2001- 2003-cü illərdə Açıq Cəmiyyət İnstitutunun kitabxana proqramında iştirak etmiş, 3 layihəsi qrant udmuşdur. Bu layihələr əsasında kitabxanada  “İnternet sinif otağı”, “Biləyən” multi media zalı açılaraq uşaqların istifadəsinə verilmişdir. İki il ərzində 1500-dən cox uşaq “Kompüter savadlılığının əsasları”, “Mətnlərin sürətlə yığılması” kurslarında fəal iştirak etmiş, internetdən istifadə etməklə  geniş  informasiya imkanlarına yiyələnmişlər. “Gələcəyin dialoqu: Uşaqlar və kitablar” adlı üçüncü layihə əsasında əksəriyyəti məcburi köçkün ailələrindən olan uşaqlar layihəyə cəlb olunaraq, 800- dən çox kitabın cildlənməsində iştirak ediblər. 2004-cü ildə “Mədəni – Maarif ” jurnalında kitabxanamızın təklifi  ilə “Uşaq kitabxanalarına kömək” rubrikası açılmış, elmi-metodika şöbəsi tərəfindən tərtib edilmiş metodiki vəsaitlər jurnalın hər nömrəsində işıqlanmışdır. Kitabxana respublikanın bir sıra uşaq kitabxanalarına əməli və metodiki köməklik göstərmiş, İsmayıllı Uşaq kitabxanasını hamiliyə götürmüş,  Böyük Britaniyanın OXFAM humanitar təşkilatı tərəfindən “Danışan Kitablar”-ın 120 audio kasseti və audiomaqnitafon, yazıçı və şairlərin A3 formatda şəkilləri çərçivəyə salınaraq kitabxanaya hədiyyə edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurası ilə birgə STAGE layihəsi üzrə keçirdiyi debatlarda iştirak etmiş, uşaq kitabxanalarının gələcək inkişafı ilə bağlı  təkliflər vermişdir. Kitabxanamız ABŞ səfirliyi nəzdində Təlim Mərkəzinin regionlarda kitabxana işi ilə bağlı keçirdikləri görüşlərdə iştirak etmişdir. Uşaq ədəbiyyatının nəşri problemləri ilə bağlı dəyirmi masa keçirmiş, nəşriyyatlar, uşaq yazarları ilə müzakirələr aparmışdır. F.Köçərli adına Respublika  Uşaq Kitabxanası  2005–ci ildən fondun bütövlükdə elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirməsində böyük işlər görmüşdür.  Belə bir layihəni gerçəkləşdirmək üçün kitabxana AKİS proqram təminatından istifadə etmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin  2008-2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı” nın təsdiq edilməsi barədə sərəncamı- kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verdi. 2009-cu il Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı olmuş, ölkəmizdə fəaliyyət göstərən iyirmi dövlətin səfirliklərinin nümayəndəlikləri iştirak etmiş və 1500-dən çox kitab fondumuza hədiyyə edilmişdir.Dövlət Proqramında oxucuların inforamasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanası Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini -  “Uşaq kitab Karvanı” layihəsini uğurla həyata keçirdi. 2011-ci ildən  həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində artıq 22 rayona Kitab Karvanı yola düşmüş, 17270 nüsxə kitab hədiyyə edilmişdir. İsveçrə, Rusiya, Türkiyənin 9 bölgəsi, Ukrayna, Almaniya, Bosniya, Herseqovinya, Sloveniya, Moldova , Serbiya, Gürcüstan, Baltikyani ölkələrin kitabxanaları ilə əlaqə yaranmış, həmin ölkələrin  uşaq kitabxanalarına  Azərbaycan uşaq ədəbiyyatı göndərilmişdir. 2011-ci ildə  Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Bosniya və Hersoqovinianın “Dervis Susic” Kütləvi və Universitet kitabxanası ilə F.Köçərli adina Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış Kitabxanalar” elan olunmuşdur. Bu kitabxanaların birgə əlaqəsi nəticəsində beynəlxalq Kitabxanalararası abonement bölməsi Qasprinski adına Krım Tatar Kitabxanası,  İon Kryange adına Moldova  Milli Uşaq Kitabxanası, Ukrayna Milli Uşaq Kitabxanası, Serbiya kitabxanası və Türkiyənin bir çox  kitabxanaları ilə, İsveçin Göteborq şəhər Kitabxanası və Stokholm Beynəlxalq kitabxanası ilə də beynəlxalq əlaqəlar yaratmış, beynəlxalq sərgilərin iştirakçısı olmuşlar. 2012-ci ildə 57-ci Avroviziya mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq kitabxanada “Eurochildbook-2012” adlı beynəlxalq uşaq ədəbiyyatı sərgisi keçirildi. Sərgidə 42 dövlətin uşaq ədəbiyyatı nümayiş olundu. F.Köçərli adına Respublika Uşaq kitabxanası  2012-ci ildən  mötəbər bir təşkilatın- Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanası 2013-cü ildən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası altında “Firidun bəy Köçərli. Biblioqrafiya”, “İlyas Tapdıq”, “Abdulla Şaiq” kimi göstəriciləri nəşr etmişdir. 2014-cü ildə Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün kitabxanamızda Dil kursları və İnformasiya mərkəzi açıldı. Bu layihənin həyata keçməsi görmə qabiliyyəti zəif və məhdud uşaqların da sağlam uşaqlarla birgə informasiya almaq hüququnu reallaşdırdı. 2015-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində 50-dən çox kitab təkrar çap zamanı ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılmaqla nəşr olunmuşdur. Bu layihə üzrə işlər hələ də davam edir. 2015-ci ildən kitabxanada dünya uşaq ədəbiyyatı həftələrinin keçirilməsi lahiyəsinə start verilib. Kitabxananın elmi şurası metodik və biblioqrafik vəsaitlərin, xarici ölkə kitabxanalarında elmi tədqiqat işi ilə bağlı elmi araşdırmaların hazırlanması, BDU-nin və Mədəni Maarif Kollecinin tələbələri üçün elmi mərkəz kimi diplom və dissertasiyaların yazılması və eləcə də uşaq ədəbiyyatının inkişafı ilə bağlı nəşriyyatlar və yazıçılarla dəyirmi masa və elmi konfransların keçirilməsi məqsədilə hər il yeni proqramla çıxış edir. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iş təcrübəsi beynəlxalq aləmdə tanınmış nüfuzlu dərgilərdə “BAE”, “Bookbird” işıqlanmışdır. 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə ölkə prezidenti cənab İlham Əliyev aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı vermişdir:  

Dadaşova Zahirə Cabir qızı 
Qəmbərova Şəhla Əliheydər qızı 
Musazadə Rəfiqə Mirzə qızı 
Tahirova Nazilə Rəhman qızı. 

Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilmişdir: 

Ağamirzəyeva Vəfa Əliağa qızı 
Əhmədova Sevil Əliabas qızı 
Qafarova Leyla Hacı Ağa qızı 
Məmmədli Ruhiyyə Mikayıl qızı

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2016-cı il oktyabrın 1-nə olan    rəqəm göstəriciləri:

Kitab fondu – 265000

Dövrü mətbuat fondu – 65280

Qəzet və jurnal məqalələri fondu- 120350

Elektron resurslar- 3790

Elektron kitablar- 12700

Elektron kataloqun həcmi 261600

Elektron kartoteka -96900

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79