Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İslam Həmrəyliyi İlinə həsr olunmuş tədbir keçirildi.

11-05-2017 20:51

 11 may 2017-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İslam Həmrəyliyi İlinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayonundakı “Kids Baku” və “Baby on board” uşaq bağçalarının uşaqları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq İslam həmrəyliyi  haqqında ətraflı məlumatı oxuculara çatdırdı, bildirdi ki, müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin, inkişafın ən favorit ünvanı olan Azərbaycan öz üzərinə yeni missiya götürür: islam aləmini birləşdirmək.Tam yüz il öncə - XX əsrin əvvəllərində sələflərimiz islam dünyasında mədəniyyətdən incəsənətədək, insan hüquqlarından mətbuat azadlığına qədər çoxsaylı ilklərin müəllifləri oldular. Müsəlman aləmində ilk demokratik respublikanı da məhz Azərbaycan xalqı təsis etdi. Yüz il sonra - XXI əsrin ikinci onilliyində Azərbaycan yenə də öndədir. Bu dəfə hədəfimiz daha müqəddəsdir: əvvəl öz ümmətini, sonra isə dünyanı qana boyayan savaşlara son qoymaq, İslam həmrəyliyini yaratmaq, müsəlman aləmini dünyanın ən inkişaf etmiş, müasir sivilizasiyasına çevirmək!. Musiqili tədbir ssenari üzrə davam etdi. Kəloğlan, Cırtdan, Balqız İslam oyunları ilə bağlı yarışmada iştirak etməkdən böyük sevinc duyduqlarını söylədilər. Uşaqlar Azərbaycana, dostluğa, həmrəyliyə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Tədbir islam dövlətlərinin milli rəqsləri ilə başa çatdı.  

   



219 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79