Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“İslam Həmrəyliyi İli” ilə əlaqədar Abşeron rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsi keçirildi.

12-06-2017 17:03

12 iyun 2017-ci il tarixində saat 11:00 da Abşeron rayon Xırdalan şəhəri Mədəniyyət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə hazırladıqları “İslam Həmrəyliyi İli” ilə əlaqədar Abşeron rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları təqdim olundu. Tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektual səviyyəni yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirmək idi. Bununla yanaşı Mərkəzin foyesində İslam ölkələrinin nağıllarından ibarət kitab sərgisi və əl işlərindən ibarət sərgisi təşkil olundu.Keçirilən müsabiqədə münsiflər heyətini xalq rəssamı Arif Hüseynov, Uşaqların sevimli yazıçısı Sevinc Nuruqızı, Aktyor Elnur Hüseynov, Respublika Kitab Kollektorunun direktoru Ələddin Əsədov, və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova təmsil edirdi. Bununla yanaşı tədbirdə Misir Mədəniyyət və təhsil mərkəzinin rəhbəri Dr.Əhməd Sami Elaydi, uşaq yazarları və bir çox qonaqlar da iştirak edirdi. Tədbir ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” müdrik kəlamından sonra uşaq xorunun ifasında Azərbaycan mahnısı ifa olundu. Aparıcı növbə ilə müsabiqə iştirakçılarını səhnəyə dəvət etdi. Hər bir nağıldan öncə həmin dövlətin milli rəqsi tamaşıçılara təqdim olundu. Nəhayət gözlənilən an gəlib çatdı. Münsiflər Heyətinin rəyi əsasında qalibləri elan edildi:

I yer - Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəb (türk nağılı- “Kəloğlanın arzusu”). II yer -  Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbə(misir nağılı “Sevimli kəpənəklər”). III yer - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəbə(özbək nağılı “Üç qarpız toxumu”). Tamaşaçı rəğbəti qazandığına görə - Abşeron rayon Xırdalan şəhəri  7 saylı tam orta məktəbə(qazax nağılı “Qoca və pəhləvan”). Daha çox tamaşaçı alqışlarına görə - Abşeron rayonu Xırdalan şəhəri 2 saylı tam orta məktəbə(qırğız nağılı “Ağıllı dehqan”). Aktyorluq məharətinə görə - Abşeron rayonu Mehdiabad qəsəbəsi 3 saylı tam orta məktəbə(Azərbaycan nağılı “Zəhmət və Zinət”). Nağıl müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandılar. Tədbirdə qaliblərin mükafatlanması təntənəli şəkildə qeyd olundu. Misir Mədəniyyət və Təhsil mərkəzinin rəhbəri Dr.Əhməd Sami Elaydi iştirakçılara ürək sözlərini söylədi. Tədbirin əsas  təşkilatçısı Şəhla Qəmbərovanı Misir Təhsil Nazirliyinin ən yüksək ali dərəcəli diplomu, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovanı və Abşeron Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasovanı Misir Təhsil Nazirliyinin medalı ilə təltif etdi. Misir nağılını təqdim edən hər bir iştirakçıya xüsusi hədiyyələr verildi. Tədbir yüksək ruh yüksəkliyi ilə xatirə şəkillərinin çəkilişi ilə başa çatdı. Tədbir KİV nümayəndələri tərəfindən işıqlandırıldı.

                  



546 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79