Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Siqaretin ziyanı

20-08-2016 12:00

Nə qədər ki, sənin həyatını söndürməyib, Siqareti söndür! O sənin gələcəyini məhv edər.

Siqaret çəkmək iştahanı pozur.

Həzm prosesini çətinləşdirir.

Dişləri saraldır.

Mədə yarasına səbəb olur.

Dodaq, dil və yemək borusu xərçənginə səbəb olur.

Öskürdür və bəlğəm əmələ gətirir.

Xroniki bronxitə səbəb olur.

Qırtlaq və ağciyər xərçəngləri siqaret çəkənlər arasında daha çox müşahidə edilir.

Damarlarda qanın kirəcləşməsinə səbəb olur. Qol və qıç damarlarında tıxanmalar əmələ gətirir. Qanqrena bas verir.

Beyni qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic olma hadisələri baş verir.

Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər arasında 10 dəfə daha çox müşahidə edilir.

Hafizə zəifləyir. Ona görə ki, damarlarda kirəclənmə (ateroskleroz) baş verir.

Əhval-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir.

Dəridə qırışlar yaranır.

Süd verən analarda nikotin ana südü vasitəsilə körpəyə də keçir və bunun ona mənfi təsirləri olur.

Siqaret çəkənlərin yanında oturanlar da SİQARETden zərər cəkir. Evdə SİQARET cəkən bir ata öz usaqlarını da zəhərləyir.

SİQARET çəkməyin zərərləri, şübhəsiz ki, burada göstərilənlərdən daha çoxdur. İndiyə qədər SİQARET çəkməyin faydasını heç kim görməmişdir. 

Nəticə olaraq aşağıdakıları söyləmək istəyirik:

SİQARET ÇƏKMƏYƏ VƏRDİŞ ETMƏYƏNLƏR HEÇ BİR ZAMAN BU İŞƏ BAŞLAMASINLAR! ÇƏKƏNLƏR İSƏ ÇƏTİN DƏ OLSA TƏRGİTSİNLƏR! 



48 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79