Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Sentyabr

02-11-2017 09:12

 

Beaulieu, Jeannine.Əylənərək öyrənirəm / J. Beaulieu ; red. E. Raqifoğlu ; nəşrin rəhb. P. Eyyubov ; rəs. Tipeo. - Bakı : Qələm , 2013. - 128 s. : rəngli şək. ; - (Caillou).

Balaca dostlarımız bu kitabı oxuduqları zaman ən çox rəngləmə ilə rastlaşacaqlar. Rəngləmə uşaqların fikrini cəmləməyə və daha diqqətli olmalarına yardımçı olacaq. Bununla yanaşı kiçik oxucular rənglərlə tanış olacaq, saatı öyrənəcək, ev heyvanlarını tanıyacaq. Həm əylənəcək, həm də bir çox şeyləri öyrənmiş olacaqlar.

 

 

 

Beaulieu, Jeannine. Məktəbə hazırlıq / J. Beaulieu ; red. T. Qəhrəmanova ; nəşrin rəhb. P. Eyyubov ; rəs.: P. Brignaud, E. Sevigny. - Bakı : Qələm MMC, 2013. - 64 s. : rəngli şək. ;

Məktəbə qədər uşaqlar üçün nəzərdə tutulmuş bu vəsaitdə balaca uşaqlar həm rəngləmə ilə rəngləri tanımış olacaqlar, həm saatı öyrənəcəklər. Eyni zamanda dişlərini yuma vərdişinə yiyələnəcəklər. Uşaqlar bu vəsaiti oxuyaraq saymağı öyrənəcəklər. Caillou ilə birgə uşaqlar heyvanların adların öyrənəcək, şəkilləri ilə tanış olacaqlar. Bununla balaca dostlar məktəbə qədər hazırlıqlarını tamamlamış olacaqlar.

 

Beaulieu, Jeannine. Məntiq öyrənirəm / J. Beaulieu ; nəşr/ rəhb. P. Eyyubov ; red.: T. Qəhrəmanova, E. Rafiqoğlu ; rəs. Tipeo ; rəs.: P. Brignaud, E. Sevigny. - Bakı : Qələm MMC, 2013. - 64 s. : rəngli şək. ; (Caillou)

Calliou seriyasında daxil olan "Məntiq öyrənirəm" nəşrinə uşaqların məntiqi bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən çalışmalar daxil edilmişdir. Müxtəlif məzmunlu (pazzıl, rəngləmə, işarələmə o cümlədən, şəkil çəkmə tipli) tapşırıqlar həm uşaqların əylənməsi, həm də öyrənməsi üçün münasibdir.

 

Beaulieu, Jeannine. Saymağı öyrənirəm / J. Beaulieu ; red. T. Qəhrəmanova ; nəşrin rəhb. P. Eyyubov ; rəs. E. Sevigny. - Bakı : Qələm , 2013. - 32 s. : rəngli şək. ; - (Caillou)

Caillou ilə balacalar bu səfər saymağı öyrənəcəklər. Belə ki Caillou muzeyə, gəmiyə, gedir, akvariumda olur, hava şarı ilə gəzintiyə gedir, hovuzda çimir, sirkdə də olur. Bu məkanlarda olduğu zaman balacalar Caillouya itmiş əşyaları tapmağa yardımçı olacaqlar. Bu üsulla balacalar həm saymağı, həm də diqqətlərini bir yerə cəmləməyi, daha da diqqətli olmağı öyrənəcəklər.

 

 

 

Şahmatı öyrənirəm : 4-7 yaş / red., naşir M. F. Fərziyev ; tərt.ed. D. H. Alerli ; tərt.ed. V. Kasatkina ; tərc.ed. L. Babaxanova ; tərc.ed. B. Ələkbərov. - Bakı : Hədəf Nəşrləri, 2015. - 40 s. : rəngli foto, rəngli il. (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

Bu kitab uşaq bağçaları və orta məktəblərin 1-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Uşaqlara şahmatın təməl bilgilərini əyləncəli şəkildə öyrədən kitab onların bu gözəl oyunu daha çox sevməsinə və daha ciddi şahmat dərslərinə hazırlıqlı olmasına imkan yaradır.

 

 

 

Mənim məktəbə hazırlıq testlərim / H. Çingizoğlu ; rəs. S. Özkonuk. - Bakı : Qələm MMC, 2013. - 72 s. : rəngli şək. ;

Kitabda, xüsusi olaraq məktəbə hazırlıq üçün test tapşırıqlarının unikal sistemi işlənib hazırlanmışdır. Bu sistem kiçik uşaqlarda məktəbəqədər inkişafın bütün əsas cəhətlərini əhatə edir. Kitab ilkin riyazi anlayışları inkişaf etdirmək baxımından olduqca faydalıdır.

 

 

 

Babayeva, Narıngül.Azərbaycan şahları : Uşaq ensiklopediyası / N. Babayeva, E. Raqifoğlu ; nəşrin rəh. P. Eyyubov ; red. E. Raqifoğlu ; rəs. E. Cabbarov ; məsl. E. Hüseynbəyli. - Bakı : Qələm , 2016. - 176 s. : rəngli şək., rəngli il. ;

Bu kitabda tarixin müxtəlif dönəmlərində taxt-tac sahibi olmuş, bütün cahana hökm etmək arzusuna düşmüş hökmdarların həyatı, dövlətçilik fəaliyyəti və siyasi baxışları haqqında qısa məlumatlar verilib. Bu məlumatlar, tarixə ekskursiya xarakteri daşıyır.

 

 

Dünya nağılları : Uçan nağıllar / nəşrə hazır. H. Çingizoğlu ; türk dil. tərc.ed. İ. İlyaslı ; rəs. M. Bingöl. - Bakı : Qələm , 2016. - 136 s. : rəngli şək.

Dünya nağılları silsiləsinə daxil olan Uçan nağıllar kitabına "Ələddinin sehrli çırağı", "Meşə uşağı", "Sindibad", "Rapunzel", "Pinokyo", "Barmaq uşaq" nağılları daxil edilmişdir. Kitab məktəb yaşına çatmayan uşaqlar üçün nəzərdə tutulmuşdur. 

 

 



30 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79