Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Seminar məşğələnin sonuncu günü iştirakçılara rəhbərlik tərəfindən sertifikatlar təqdim edildi.

16-11-2017 16:25

16 noyabr 2017-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Goranboy, Göygöl, İsmayıllı, Kürdəmir, Qazax, Şamaxı, Şəmkir, Füzuli rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədilə “Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı seminar-məşğələdə iştirak edən kitabxana mütəxəssisləri kitabxananın Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı filialında oldular. Onlar, filiallarda oxuculara xidmət işinin ən müasir metodları ilə tanış oldular. Seminar məşğələlərinin sonunda iştirakçılar tərəfindən cavablandırılan rəy sorğuları üzrə müzakirə keçirildi. Hər bir iştirakçı seminar məşğələlərinin əhəmiyyətini vurğulayaraq, kitabxananın iş təcrübəsi əsasında keçirilən dərslərdən daha çox bəhrələndiklərini kitabxananın rəy və təkliflər kitabında qeyd etdilər. Seminar məşğələ iştirakçılarına,  kitabxana rəhbərliyi tərəfindən sertifikatlar təqdim edildi.



161 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79