Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Seminar məşğələnin növbəti günü keçirildi.

16-11-2017 10:46

2017-ci ilin 15 noyabr tarixində, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin 2017-ci ilin II yarısı üçün təsdiqlənmiş iş planının 3.10 maddəsi əsasında F.Köçərli adına Respublika uşaq kitabxanası uşaq şöbələrində çalışan əməkdaşların informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədilə davam edən seminar məşğələnin növbəti günü keçirildi. Seminar məşğələdə, Goranboy, Göygöl, İsmayıllı, Kürdəmir, Qazax, Şamaxı, Şəmkir, Füzuli rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların “Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı seminarda, Məlumat və biblioqrafiya şöbəsinin müdiri S.Əhmədova “Elektron biblioqrafiq təsvir” haqqında çıxış edərək, saytdakı biblioqrafiq göstəricilərin yaradılması və onlardan istifadə  haqqında  geniş məlumat verdi. Kitabxananın saytı (clb.az) haqqında Kütləvi işlər şöbəsinin əməkdaşı Ş.Tağıyeva iştirakçıları məlumatlandırdı. Avtomatlaşdırma şöbəsinin müdiri V.Ağamirzəyeva “Elektron kitabxana və Elektron nəşrlər” adlı məruzə ilə  informasiya resursları haqqında geniş söhbət açdı. Sonra Xidmət şöbəsinin müdiri  K.Niftiyeva “Uşaqların mütaliəyə cəlb edilməsi” haqda çıxış edərək, son illər uşaqların mütaliəyə cəlb olunması ilə bağlı görülən işlərdən və ən əsası “Nağıl bilicisi” layihəsi haqqında geniş məlumat verdi. Sonda uşaq yazıçısı, “Sehrli Dünya” jurnalının redaktoru G.İbrahimova seminar iştirakçıları ilə görüşmüş, uşaqların cəmiyyətdə bir fərd kimi formalaşmasında kitabın rolundan və bölgələrdəki kitabxanalarda, uşaqlarla olan görüşlərindən söhbət açmışdır. Yazıçı seminar iştirakçılarına jurnalın son nömrəsini hədiyyə etdi. Nəzərinizə çatdıraq ki, seminar məşğələnin üçüncü günü 16 noyabr tarixində baş tutacaq.



164 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79