Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Qarabağ lətifələri” adlı açıqcanın təqdimatı keçirildi.

07-12-2017 10:11

6 dekabr 2017-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA- nın Folklar İnstitutunun birgə layihəsi olan “Qarabağ lətifələri” adlı açıqcanın təqdimatı keçirildi. Tədbirdə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, AMEA- nın Folklar İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, “Göyərçin” jurnalının məsul katibi, rəssam, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Tətbiqi kulturologiya şöbəsinin Analitik arayışların hazırlanması sektorunun müdiri- baş elmi işçi Aynurə Xudanlı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təbliğat və informasiya təminatı şöbəsinin metodisti Əkbər Rüstəmov və digər rəsmi nümayəndələr iştirak edirdi. Tədbir, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərovanın çıxışı ilə başladı. O, tədbir iştirakçılarını salamlayıb, bu layihənin həyata keçirilməsinin uşaqların maariflənməsi və inkişafı üçün böyük əhəmiyyətindən danışdı. Sonra layihə rəhbərləri öz növbəsində iştirakçılara layihə haqqında geniş məlumat verdi. Tədbir, məktəbli oxucular arasında Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında suallardan ibarət viktorina ilə davam etdi. Qaliblər hədiyyələrlə mükafatlandırıldı. Qeyd edək ki, Layihənin həyata keçirilməsində əsas məqsəd, Qarabağın nə qədər zəngin folklora sahib olduğunu bir daha diqqətə çatdırmaqla, uşaqlarda qeyri-maddi mədəni irsimizə, milli adət ənənələrimizə, tarixi abidələrimizin qorunmasına və təbliğ edilməsinə, ümumilikdə milli- mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik hisslərinin güclənməsi və aşılanmasıdır.



35 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79