Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Oktyabr

02-11-2017 09:52

 

Babaxanova, Ləman. English : Məktəbəqədər hazırlıq üçün vəsait / L. Babaxanova ; red.: G. Xəlilova, G. Abbasova ; naşir M. F. Fərziyev. - 2-ci nəşr. - Bakı : Hədəf Nəşrləri, 2015. - 72 s. : rəngli şək., il. ;  (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

Bu vəsait 4-6 yaşında uşaqlarla işləyən müəllimlər, tərbiyəçilər və valideynlər üçün nəzərdə tutulub. Kitabın yazılmasında əsas məqsəd bu yaşda olan uşaqların ingilis dilində şifahi nitq bacarığına sadə şəkildə yiyələnməsidir. Kitabda müxtəlif mövzularda sözlər, şəkillər, ifadələr, şeirlər və mahnılarla maraqlı şəkildə uşaqlara çatdırılır. Hər səhifə bir dərs olaraq nəzərdə tutulur.

 

Əlifbanı öyrənirəm / dizayner. L. Doliqez. - Bakı : Qələm , 2015. - 24 s. : rəngli il. ; 

Bu jurnal balaca dostlarımızın əlifbanı daha yaxşı mənimsəməsi üçün gözəl vasitədir. Burada əlifba, hərflər, heyvanlar, rənglər haqqında ətraflı məlumat verilmişdir.

 

 

 

 

 

Fərziyeva, Təranə.10-a qədər sayıram, toplayıram, çıxıram : 3-6 yaş / T. Fərziyeva. - 1-ci nəşr. - Bakı : Hədəf Nəşrləri, 2015. - 40 s. : şək. ; 

Kitab məktəbəqədər uşaqlara maraqlı şəkillərlə toplama çıxmanı öyrədir, onların əqli inkişafında köməkçi vasitədir.

 

 

 

 

 

Hesablamağı və məntiqi öyrənirəm / nəşrin rəhb. P. Eyyubov ; red. İ. İlyaslı ; rəs. S. Səmədova. - Bakı : Qələm , 2015. - 62 s. : şək., rəngli şək., il. ;- (Məktəbə hazırlıq)

Məktəbə hazırlıq seriyasında daxil olan "Hesablamağı və məntiq öyrənirəm" nəşrinə uşaqların məntiqi bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən çalışmalar daxil edilmişdir. Müxtəlif məzmunlu (pazzıl, rəngləmə, işarələmə o cümlədən, şəkil çəkmə tipli) tapşırıqlar həm uşaqların əylənməsi, həm də öyrənməsi üçün münasibdir.

 

Hər suala bir cavab : ensiklopedik toplu.I cild / red. T. Rüstəmova ; tərt.ed. İ. Əlfioğlu. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. - 368 s. : foto., şək. ;  (Tərcümə Mərkəzinin kitabları).

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orta məktəb şagirdləri üçün əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuş nəşri – "Hər suala bir cavab" çoxcildlik ensiklopedik toplunun birinci cildi "Bizi əhatə edən aləm", "İnsan orqanizmi", "Başqa məxluqlar necə yaşayır?" və s. bu kimi bölmələrdən ibarətdir. Ensiklopediya, özündə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat cəmləyir

 

 

Xəlilova, Gülnar. Çəkirəm-yazıram : Məktəbəqədər hazırlıq üçün vəsait 3-6 yaş uşaqlar üçün / G. Xəlilova. - 2-ci nəşr. - Bakı : Hədəf Nəşrləri, 2015. - 40 s. : şək., il. ; - (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

Bu kitab məktəbəqədər uşaqlara maraqlı şəkillərlə, nöqtələrin köməyilə hərflərin öyrənilməsinə köməkçi vasitədir.

 

 

Xəlilova, Gülnar.  Ətraf aləm : Məktəbəqədər uşaqlar üçün vəsait / G. Xəlilova ; red. X. İsmayılzadə ; naşir M. F. Fərziyev ; rəy. A. Məcidova ; rəy. G. Gülməmmədova. - 4-cü nəşr. - Bakı : Hədəf Nəşrləri, 2015. - 60 s. : rəngli şək., il. ;  (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

Bu kitab məktəbəqədər uşaqlara rəngli şəkillərlə həmçinin maraqlı suallarla uşağın əqli inkişafına kömək edir. "Ətraf aləm" vasitəsilə uşaqlar bitkilər, heyvanlar, planetlər, maraqlı peşələr, meyvələr, tərəvəzlər haqqında öyrənəcəklər.

 

 

Xəlilova, Gülnar Əbülfət qızı. Oxuyaq, yazaq : Məktəbəqədər hazırlıq üçün vəsait / G. Ə. Xəlilova ; red.: X. İsmayılzadə, Z. Sadıqova ; rəy. A. Məcidova ; rəs. V. Səftərov ; naşir M. F. Fərziyev. - Təkmilləşdirilmiş və yenidən işlənmiş 6-cı nəşr. - Bakı : Hədəf Nəşrləri, 2015. - 80 s. : rəngli şək., rəngli il. ;  (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

"Oxuyaq-yazaq" adlı dostum sənə əlifbanın hərflərini öyrədəcək. Sən onun sayəsində yazmağı bacaracaqsan. "İNCİ" uşaq ədəbiyyatı seriyasına daxil olan “Oxuyaq-yazaq” adlı vəsait məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdə uşaqlar əlifbanın sirlərini, hətta yazmağı öyrənəcək. Kitabda əlifbanın bütün hərflərinə aid yazı nümunələri, kiçik çalışmalar və məntiqin inkişafı üçün tapşırıqlar verilib. Vəsait 1-ci sinfə hazırlaşan uşaqların yaxın köməkçisi ola bilər.

 

 

 

 

Məntiqlə rəqəmləri öyrənirəm : 1-dən 20-yə qədər Sayıram, Hesablayıram, Yazıram və İngilis dilini öyrənirəm. - Bakı : Qələm , 2015. - 32 s. : rəngli şək. ; (Məktəb hazırlıq).

Qələm nəşriyyatı olaraq çox populyar olan Dora cizgi filminin haqlarını alaraq Məktəbə hazırlıq kitablarını uşaqlarınıza təqdim edirik. Bu seriya üzərində güclü psixoloqlar işləyərək seriyanı ərsəyə gətiriblər. Kitab uşaqlarınızda ilkin hesablamağı, rəqəmləri, məntiqi və ingilis dilini öyrədəcək.

 

 

Testlər : Məktəbəqədər hazırlıq üçün vəsait / red. M. Xan ; tərt.ed. G. Xəlilova ; lay.rəhb. M. F. Fərziyev. - Bakı : Hədəf Nəşrləri, 2012. - 60 s. : rəngli il.(İNCİ uşaq ədəbiyyatı silsiləsi).

"Testlər” – məktəbəqədər hazırlıq üçün vəsaitdir. Vəsaitdə olan şəkilli testlər vasitəsilə uşaqlar diqqətli və yaddaşlı olmağın sirlərini öyrənəcəklər.

 

 

 

 

Халилова, Гюльнар. Математика : Пособие для дошкольной подготовки / Г. Халилова ; ред. Т. Фарзиева ; рец. А. Меджидова ; конс. Г. Гюльмамедова ; пер. Г. Мамедова. - 3-е изд. - Bakı : Hədəf Nəşrləri, 2015. - 56 с. : цв. ил. ;

пособии представлено содержание комплексной работы в области математического образования дошкольников шестого года жизни, даны методические рекомендации, показаны формы организации познавательной деятельности на занятиях и в повседневной жизни, при проведении досугов. Описаны методики обследования математических представлений детей

 

Тарана, Фарзиева. Читаем и пишем : Пособие для дошкольной подготовки / Ф. Тарана. - 2-е изд. - Bakı : Hədəf Nəşrləri, 2015. - 80 с. : цв. ил. ;

В пособии представлено содержание комплексной работы в области математического образования дошкольников шестого года жизни. Описаны методики обследования математических представлений детей и раскрыты особенности консультативной работы с родителями.



37 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79