Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Multikulturalizm ilinə həsr olunmuş“Hər çiçəyin öz ətri...” adlı rəsm sərgisi keçirildi.

23-12-2016 21:51

23 dekabr 2016-cı il saat 11:00-da Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə  Multikulturalizm İlinə həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyindən, Rus Mədəniyyət Mərkəzindən,Nəsimi rayon İcra Hakimiyyətindən,Ombudsman Aparatından, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən və digər təşkilatlardan da  nümayəndələr iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Ş.Qəmbərova sərgi iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Ş.Qəmbərova çıxışında onu da qeyd etdi ki, tədbiri keçirməkdə əsas məqsəd oxucular arasında azsaylı xalqların nağıllarını tanıtmaq və oxuduqdan sonra düşündüklərini rənglərə həkk etdirən zəngin, mənəvi yaddaşa və düşüncə tərzinə malik olan istedadlı uşaq və yeniyetmələri üzə çıxarmaqdır. Tədbirdə sərgilənən rəsmlərin kataloqunun da təqdimatı keçirildi. Kataloqda 85 uşaq və yeniyetmələrin 127 rəsm əsərləri əks olunmuşdu. Həmçinin kataloqun əhəmiyyətli tərəfi ondan ibarət idi  ki, nəinki rəsm əsərləri hətta azsaylı xalqların nağılları da kataloqa  daxil edilmişdi.  Tədbirdə kiçik rəssamların yaxın dostları, ailə üzvləri və oxuduqları məktəbin müəllim heyəti də iştirak edirdi. Dəyərli qonaqlardan Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova ,Rəssamlar İttifaqının katibi, professor,xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif  Hüseynov və  Ombudsman Aparatının nümayəndəsi sərgi haqqında öz fikirlərini bildirdilər.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili hörmətli Elmira Süleymanovanın adından uşaqların mədəni hüquqlarının təbliği, gənc nəslin yaradıcılıq potensialının, bilik və bacarığının inkişafı sahəsində uzun illər səmərəli əməkdaşlığına görə kitabxananın direktoruna  Ombudsmanın Fəxri Fərmanı  və Azərbaycan Respublikasının Dövlət himnini səsləndirən xatirə medalı təqdim edildi. Çıxışçılardan sonra iki balaca rəssam Əzim Kazımov və  Cavid Qurbanlı sərgidə iştiraklarına görə öz minnətdarlıqlarını bildirdilər.Daha sonra Nizamı rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kiçik yaşlı uşaqlarının ifasında azsaylı xalqların milli geyimləri nümayiş olundu.Bütün iştirakçılar sərgi ilə tanış oldular. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

           

 



410 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79