Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Mənim hüquqlarım məni qoruyur” adlı söhbət təşkil edildi.

02-11-2017 14:12

1 noyabr 2017-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşları Yasamal rayonundakı 53 saylı məktəbdə “Mənim hüquqlarım məni qoruyur” adlı söhbət təşkil etdilər. Söhbətdə qeyd olundu ki: “ Bütün insanlar bərabər hüquqlarla doğulurlar. Ölkəmizin, cəmiyyətin gələcəyi də, məhz yetişməkdə olan gənc nəslin savadlı, bilikli, hüquqlarını öyrənən, hüquqlara hörmət edən, layiqli vətəndaş kimi hərtərəfli inkişaf edən, sağlam düşüncəli bir şəxsiyyət olaraq formalaşmasından çox asılıdır. Uşaqların hüquqlarını nəzərdə tutan Uşaq Hüquqları Konvensiyası beynəlxalq sənəd olaraq 18 yaşına çatanadək hər bir şəxsin uşaq sayıldığını bəyan edir. Uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafına daim dövlət qayğısı vardır. Valideynlər və digər şəxslərin uşaqlara qəddar rəftara yol verməsi, qanunlarının pozulması Azərbaycan Respublikasının  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, cinayət məsuliyyətinə səbəb olur.” Bundan başqa uşaqlara məlumat verildi ki, uşaq hüquqlarının pozulması ilə bağlı Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” nömrəli Qaynar xəttinə müraciət edərək hüquqların bərpasına nail olmaq mümkündür. Tədbirdə uşaqlar onları  maraqlandıran bütün suallara cavab tapdılar. 



67 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79