Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi münasibəti ilə tədbir keçirildi.

01-06-2017 03:53

31 may 2017- ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  1 saylı filialının əməkdaşları və Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri ilə birgə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi münasibəti ilə tədbir keçirildi. Çıxış üçün ilk sözü  məktəbin direktoru Məhəbbət xanıma verildi. Tədbirdə şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat  verildi. Tar musiqisinin  sədaları altında ədəbi-bədii kompozisiya ifa olundu. Sabirin Hophopnamə əsərindən  uşaqların ifasında “Oxutmuram əl çəkin”, “Əzrailin istefası”, “ Dünya necə tarac olur olsun nə işim var”, “ Kim nə deyər bizdə olan qeyrətə”, “ Uşaq və Buz” , “ Yaz günləri” şeirləri söyləndi.  “Bir məclisdə 12 kişinin söhbəti”  əsərindən kiçik səhnəciklər göstərildi. Tədbirin sonunda şagirdlər F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən təşkil olunmuş  Mirzə Ələkbər Sabirin yaradıcılığına hərs olunmuş kitab sərgisi ilə tanış oldular. 



202 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79