Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Meqastar” körpələr evi- uşaq bağçasında “Dünyanı verək uşaqlara” adlı tədbir keçirildi.

02-06-2017 09:40

     1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.1 iyun  - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı F.Köçərli adına Respublika Uşaq Kitabxanası   Yasamal rayonundakı “Meqastar” körpələr evi- uşaq bağçasında “Dünyanı verək uşaqlara” adlı tədbir keçirdi.Tədbiri bağçanın balaca fidanları “Azərbaycan” rəqsi ilə onlara məxsus olan özəl günü açıq elan etdilər. Parkda musiqiçilərin şən ifaları altında uşaqlar rus, özbək, yapon və digər ölkələrin milli rəqslərini, müxtəlif müasir rəqslər və flashmob göstərdilər. Şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış edərək izləyicilərinə maraqlı və əyləncəli anlar yaşatdılar. Parkın bayramsayağı bəzədilməsi, animatorun uşaqları əyləndirən maraqlı çıxışları körpə balalara bir dünya sevinc bəxş etdi.Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırlanmış "Uşaqların nağıl dünyası" adlı müxtəlif yaş qruplarına aid rus və azərbaycan dillərində bir –birindən maraqlı kitabların sərgisi nümayiş olundu. Kitabxananın əməkdaşı öz çıxışında, Azərbaycanın gələcəyi olan uşaqlara cəmiyyətin diqqət yetirməsini vurğuladı və valideynlərə uşaqlarını körpəlikdən mütailəyə alışdırmağı, kitab və kitabxananın əhəmiyyəti barədə məlumat verdi. Bağçanın həyətində kitabxanamızın təşkil etdiyi kitab sərgisi bayram şənliyinə toplaşan hər bir kəsin marağına səbəb oldu.Tədbirin sonunda  “Megastar” körpələr evi- uşaq bağçası və F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən kitab və “Göy qurşağı” uşaq jurnalı tədbir iştirakçılarına hədiyyə edildi. Bir qrup istedadlı uşaqlara isə diplom və hədiyyələr təqdim olundu.

   



236 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79