Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

May

30-11-2016 21:58

Oksleyd, K. Dağlar : (ingilis dilindən tərcümə). - Bakı : “TEAS Press” Nəşriyyat evi. “Üç Alma” uşaq nəşriyyatı, 2015. - 32 s. :  rəngli foto. - (Yerin relyefini öyrənirirk).

Bu kitab ilk dəfə Böyük Britaniyanın “Capstone Global Library” nəşriyyatı tərəfindən “Heinemann Library” əmtəə nişanı altında “Mountains” adı ilə nəşr olunub. Dağların necə və harada yaranması, onların bitki və heyvanlar aləmi barədə ətraflı məlumat verən kitab, öz orijinalı əsasında “TEAS Press” Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Rəngli illüstrasiyalarla tərtib olunmuş kitabda “Relyef formaları haqqında”, “Qaya və buz”, “Yer kürəsinin quruluşu”, “Qarışıq dağlar” və s. bölmələrdə oxucular çox maraqlı məlumatlar  əldə edəcəklər.

 

Oksleyd, K. Vulkanlar : (ingilis dilindən tərcümə). - Bakı : “TEAS Press” Nəşriyyat evi. “Üç Alma” uşaq nəşriyyatı, 2015. - 32 s. :  rəngli foto. - (Yerin relyefini öyrənirirk)

Bu kitab da ingilis dilindəki “Volcanoes” adlı orijinalından  tərcümə olunaraq nəşr olunmuşdur. Kitabda “Relyef formaları haqqında”, “Vulkanlar harada baş verir?”, “Vulkanın hissələri”, “Mürəkkəb vulkanlar”, “Vulkan mayesi” və s. başlıqlar var.

 

 

Royston, A. Çöllərdə qida zənciri : (ingilis dilindən tərcümə). -  Bakı: Teas Press Nəşriyyat evi. “Üç Alma” uşaq nəşriyyatı, 2015. - 32 s. : rəngli foto. - (Qida zəncirləri və şəbəkələri)

Bu kitab ilk dəfə 2014-cü ildə Böyük Britaniyada “Capstone  Global Library” nəşriyyatı tərəfindən “Grassland Food Chains” adı altında nəşr olunub. Çöllərdə olan qida zəncirləri və şəbəkələri haqqında geniş məlumatı əks etdirən kitab orijinalı əsasında tərcümə olunaraq nəşr olunmuşdur. Kitabda “Çöllər haqqında məlumat”, “Qida zənciri nədir?”, “Bitkilər və günəş”, “İstehlakçı heyvanlar”, “Savannalarda qida zənciri”, “Əsas yırtıcılar” və s. bölmələr daxilində həm uşaqları, həm də valideynləri və müəllimləri maraqlandıracaq çoxlu məlumatlar var.

 

 

Royston, A. Çaylarda qida zənciri : (ingilis dilindən tərcümə). - Bakı: Teas Press Nəşriyyat evi. “Üç Alma” uşaq nəşriyyatı, 2015. - 32 s. : rəngli foto.

“TEAS Press” nəşriyyatının “Üç alma” əmtəə nişanı ilə orijinaldan tərcümə edərək nəşr etdiyi “Qida zəncirləri və şəbəkələri” seriyasından olan kitablarda qida zəncirinin nə olduğu, hər bir bitki və heyvanın öz qida zəncirində oynadığı rolun əhəmiyyəti izah edilir. Oxuculara təqdim olunan bu kitabda dünyadakı okeanlarda olan qida zəncirləri və şəbəkələri haqqında geniş məlumat verilir

 

 

Simpson, F. Hepardları necə xilas edək : Problem və həll yolu (ingilis dilindən tərcümə). - Bakı : Teas Press Nəşriyyat evi. “Üç Alma” uşaq nəşriyyatı, 2015. - 32 s. : rəngli foto. - ( Böyük pişiklər).

“Böyük pişiklər” seriyasından olan və orijinalı əsasında tərcümə edilərək nəşr edilən bu informasiya xarakterli kitabda müxtəlif növ rabitəli mətn üslubları təqdim olunub. Bu seriyadan olan hər bir kitabda bəhs olunan maraqlı mövzular oxucuların diqqətini cəlb etməklə yanaşı, informativ mətnlərin tərtib mexanizmini, qurulma texnikasını və oxuculara təqdimat formasını şagirdlərə öyrətməkdə müəllimlərə kömək edəcək.



232 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79