Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

May

31-10-2017 10:23

Cəfərov,C. Axundov və teatr = М.Ф.Ахундов и театр / C. Cəfərov ; red. Ə. Əsədzadə ; bur.məsul A. Cəfərov ; rəs.: İ. A. Axundov, A. Xait ; Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Təkrar nəşr, Bərpanəşr, 1962-ci il nəşr əsasında. - Bakı : Renessans, 2016. - 130 s. : foto ; 20 sm. - Azərbaycan və rus dillərində. - Böyük Azərbaycan dramaturqu və filosofu M.F. Axundovun anadan olmasının 150 illiyinə həsr edilir.

M.F. Axundov təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə dramaturgiya yaradıcılığı nümunələri yaratmış ilk ədibdir. Lakin Axundov öz dram əsərlərini yaradarkən ancaq "baniyikar" olmaq, ədəbi aləmə bir yenilik gətirmək məqsədilə kifayətlənməmişdir. Onun arzusu Azərbaycanda milli teatr yaratmaq idi. Maarifçi bir demokrat kimi Axundov yaxşı başa düşürdü ki, elm və mədəniyyətin hələ az yayıldığı bir ölkədə xalqın tərəqqisinə nail olmaq üçün ən güclü vasitələrdən birisi teatrdır. Təkrar çap zamanı ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılmışdır.

 

Miller,A. 7 pyes / A. Miller ; red. İ. Əlifli ; tərc.ed. Yaşar ; Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi . - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. - 728 s. : rəngli foto, il. ; 21 sm. - (Tərcümə Mərkəzinin kitabları).

Artur Millerin yeni toplusuna müəllifin ayrı-ayrı illərdə qələmə aldığı və yaradıcılığının müxtəlif istiqamətlərini özündə ehtiva edən yeddi məşhur pyesi daxil edilib. Müasir dövrün Şekspiri hesab olunan dramaturqun pyesləri, Azərbaycan da daxil olmaqla bütün dünyanın, demək olar ki, bütün teatrlarında səhnəyə qoyulub. Bu kitabda Miller dramaturgiyasının çoxsaylı nümunələri arasından onun yaradıcılığının əsas istiqamətlərini müəyyənləşdirən yeddi pyesini təqdim etmək qərarına gəldik. İnanırıq ki, Azərbaycan oxucusu bu böyük dramaturqun əsərlərinin mütaliəsindən məmnun qalacaq

 

 

Mücirəddin Beyləqani Dünyası / Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ; red. S. Hüseynoğlu ; tərt.ed. G. Rzayeva. - Bakı : Adiloğlu, 2016. - 160 s. : şək. ; 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər sahələrlə yanaşı mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda Multikulturalizm ili elan edib. Bu çərçivədə mədəniyyətlərarası əlaqələrin inkişafında böyük xidmətləri olmuş görkəmli sənətkarların həyatı və yaradıcılığını daha dərindən öyrənməyə xüsusi ehtiyac duyulur. Kitabda gorkəmli Azərbaycan şairi Mücirəddin Beyləqaniyə həsr olunmuş elmi, ədəbi-bədii yazılar yer alıb.

 

 

Şirvanlı,Ulu.Ağ ayaqqabı : Şeirlər / M. Şirvanlı ; red. H. Məlikzadə ; layh. rəhb., ön söz X. Rza. - Bakı : Mütərcim, 2015. - 215 s. : rəngli foto ; 17 sm. - (Azərbaycan Yazıçılar Birliyi).

"Ağ ayaqqabı" adlı şeir kitabı istedadlı şairə Mətanət Ulu Şirvanlının oxucularla yeddinci görüşüdür. Təqdim edilən şeir nümunələrində ədəbi-bədii məziyyətlər və fəlsəfi düşüncələr oxucu diqqətini cəlb edir. Kitabda toplanan şeirlər müxtəlif illərdə yazılmağına baxmayaraq günümüzün həqiqətlərinə güzgü tutur. Şairənin üslub və ifadə tərzi fərdi və fərqli olaraq formalaşmış, poeziyamıza rəngli çalarlar qatmışdır



33 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79