Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Mart

30-11-2016 19:37

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir : Çoxcildliyin elmi- biblioqrafik göstəricisi : 2 cilddə. - Bakı : Şərq-Qərb, 2013. - I cild. - 632 s. : rəng. şək., portr. : 21 sm+1 el. opt. disk (CD-ROM). - Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.

Ümummilli lider, görkəmli dövlət və ictimai-siyasi xadim Heydər Əliyevin zəngin irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” külliyyatının 2 cildlik elmi-biblioqrafik göstəricisi ulu öndər Heydər Əliyevin müxtəlif dövrləri əhatə edən çıxışlarının, nitqlərinin, bəyanatlarının, müsahibə və məktublarının müvafiq bölmələrdə əks olunduğu bibliometrik vəsaitdir.

 

Beş duyumuz : Oyuncak kitaplar küçük yaşlı çocuklar için. - İstanbul : Final Kültür Sanat Yayınları, 2010. - renkli resim. - (Ayaklı kitaplar)

Beş duyğu orqanımız vardır. Bunlar eşitmə, görmə, lamisə, dadbilmə, iybilmə duyğularımızıdr. Duyğu orqanlarımız haqqında uşaqlara məlumat verən bu kitablar çox nəfis tərtibatda, indiyə qədər gördüyümüz kitablardan fərqli formada hazırlanmışdır. Kitab illüstrasiyalarla zəngindir və orijinal dizayna malikdir. Kiçik yaşlı uşaqlar bu kitablar vasitəsilə həm məlumat əldə edəcək, həm də vaxtlarını çox şən keçirəcəklər.

 

 

Sağlığımızı koruyanlar : Oyuncak kitaplar küçük yaşlı  çocuklar için. - İstanbul : Final Kültür Sanat Yayınları, 2010. - renkli resim. - (Ayaklı Kitaplar).

Oyuncaq kitab şəklində tərtib olunmuş bu kitabda həkimlərin, tibb bacılarının işi, müayinə, testlər, dərmanlar, əməliyyatlar və s. haqqında məlumat verilir. Həm də bu məlumatlar kiçik yaşlı uşaqların anlaya biləcəyi dildə verilir. Kitabda həmçinin həkimlərin geyimi, istifadə etdikləri alətlər haqqında da məlumatlara yer ayrılıb.

 

 

Yangın savaşçıları : Oyuncak kitaplar küçük yaşlı çocuklar için. - İstanbul : Final Kültür Sanat Yayınları, 2010. - renkli resim. - (Ayaklı Kitaplar)

Oyuncaq kitab şəklində, çox gözəl biçimdə nəşr olunan bu kitablar kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulub. Bu kitabda yanğınsöndürənlər, onların xüsusi geyimləri, yanğın baş verdiyi hallarda onlarla əlaqə saxlamağın üsulları, yanğınsöndürən maşınlar, yanğından qorunma yolları və s. haqqında məlumat verilir.

 

 

Fövqəladə hallar : Məktəblinin ensiklopediysı / Humanitarian Aid and Civil Protection, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİCEF- uşaqlar naminə birləşək. - Bakı, 2015. - 521 s. : il.

Təbii fəlakətlər və texnogen qəzalar bədbəxt hadisələrə səbəb olur, maddi dəyərləri məhv edir, ətraf mühitə ciddi ziyan vurur. Belə şəraitdə hər bir insanın ekstremal vəziyyətlərdə düzgün davranış qaydalarını dəqiq bilməsi çox vacibdir. Bu səbəbdən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi uşaq və gənclərin təhlükəsizlik  mədəniyyətini artırmaq üçün ciddi səy göstərir. Təqdim olunan bu kitab uşaqlara bu işdə böyük yardım göstərəcəkdir. Kitabda müxtəlif təbii və texnogen qəzalar, insanların onlarla qarşılaşdıqda nə etməli olduğu və s. haqqında məlumat verilir.



111 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79