Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Mart

07-04-2017 10:29

Əsəd bəy, M. Muhəmməd. Son peyğmbər : Tarixi-publisistik roman / tərc. ed. Ç. Qurbanlı. - Bakı : Kitab Klubu, 2016. - 392 s.

Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyə dövrü, dünyanın yeni düzənini yaratmış Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi və eləcə də, islamın XX əsrin əvvəlinə olan durumu bədii boyalarla təsvir olunur. 

 

 

 

Ker, C. Moq yeni ili qeyd edir / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 28 s.

Yazıçı və illüstrator Cudis Kerin əsərləri ən çox satılan kitablardandır. O, “Moq” seriyası və “Çay qonaqlığına gəlmiş pələng” kitablarının müəllifidir. Moq adlı pişiyin evində qəribə hadisələr baş verirdi. Ona görə də Moq evdən qaçıb dama çıxır və oradan düşmək fikri də yoxdur. Axırda Moq heç hiss etmədən tappıltı ilə evin içinə düşür. 

 

 

 

Snedn, R. Alimlər Kosmosu necə tədqiq edirlər?. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç Alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. - “Yer kürəsi, kosmos və kainat”.

            TEAS Press Nəşriyyat Evinin oxuculara təqdim etdiyi bu kitab alimlərin teleskoplardan süni peyklərə, zondlara və robotlara qədər müxtəlif vasitələrin köməyi ilə kosmosu tədqiqetmə üsullarını nəzərdən keçirir. 

 

 

 

Teylor-Batler, K. Maqnit və metallarla təcrübələr. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. - (Mənim elmi tədqiqatlarım).

Maqnit və metallar haqqında daha çox məlumat əldə etməyinizə yardım edəcək elmi təcrübələrin bələdçisi “Capstone Global Library” nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabda “Yer kürəsində maqnitlər”, “Alimlər necə işləyir”, “Maqnit cazibəsi” və s. başlıqlar altında maraqlı məlumatlar verilir. 

 

 

 

Teylor-Batler, K. Mayelərlə təcrübələr. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. - (Mənim elmi tədqiqatlarım).

Su bizi əhatə edən və hamının tanıdığı bir mayedir. Lakin sudan başqa da ətrafımızda müxtəlif mayelər var: süd, boya, qələm mürəkkəbi, yağ, benzin və s. Bu kitabda siz müxtəlif mayelər haqqında maraqlı təcrübələrlə tanış olacaqsınız. 

 

 

 

 

Teylor-Batler, K. Torpaqla təcrübələr. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. - (Mənim elmi tədqiqatlarım).

 Torpaq haqqında hərtərəfli, dolğun məlumat almaq istəyən oxucular bu kitabdan çox faydalana biləcəklər. “Torpaqla təcrübələr” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

 

 

Voldron, M. Səhralar / elmi məs. N. Seyfullayeva ; tərc. ed. M. Atasoy. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. - “Təbiəti mühafizə”.

 Bu kitab Yer kürəsinin ən quraq ərazisi – səhralar və oranın bitki və heyvanat aləmindən bəhs edir. Kitabda “Quraqlıq”, “Səhra bitkiləri”, “Səhra heyvanları istidən necə qorunur?”, “Günəşdən qorunma”, “Suyun əldə edilməsi” və s. bölmələrdə çox maraqlı məlumatlar oxucuları gözləyir.

 

 

 

Vahabzadə, B. Şəbi-hicran : Seçmə poemalar / red., tərt. ed. Ə.Əsədzadə. - Bakı : Renessans, 2016. - 256 s. - “Seçmə poemalar”.

“Şəbi-hicran” poeması dahi Füzulinin əsasən bu beytlərdə ifadəsini tapmış məntiq və bədii-fəlsəfi qayəsi üzərində qurulub. Bəxtiyar Vahabzadə bu nakam məhəbbət dastanı ilə Füzulinin Məcnundan daha böyük aşiq olduğunu əks etdirməyə çalışmışdır. Onun qüdrətli şair xəyalı əsrlərin üstündən keçərək öz möhkəm qanadlarında dahi Füzulini XX əsrə - zəmanəsinə gətirə bilmişdir. 

 

 

 

Xaynektn, X. Cəngavər Riki / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 s. 

Riki haqqında silsilədən olan bu kitabda Rikinin xəyallarından bəhs olunur. Riki tez-tez öz sevimli məkanına – palıd ağacının altına qaçıb gedirdi. O, burada gözlərini yumub xəyallara dalırdı və bu xəyallar da gerçək olurdu! Bu gün Riki cəngavər oldu. Bu cəsur qəhrəman əsl orta əsr cəngavərləri kimi təhlükəli əjdahalarla qarşılaşır. 

 

 

Xaynektn, X. Böyük qardaş Riki / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 s. 

Ad günündən sonra Riki şad xəbər aldı. Anası və atası ona dedilər ki, tezliklə evə balaca bir körpə gələcək. Rikinin qardaşı olacaq! Sevincdən Rikinin uçmağa qanadı yox idi. Amma Riki həm də bir az məyus idi. Çünki körpə hələ qış çıxandan sonra dünyaya gələcəkdi, deməli, Riki hələ xeyli gözləməli olacaqdı...

 

 

 

Xaynektn, X. Rikinin ad günü / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 s. 

Rikinin ad günüdür! O, səhər tezdən durub və anası ilə birlikdə ad günü qonaqlığına hazırlıq görür. Riki təbrikə gələn dostlarının arasında Annini görmür... Bəs o hardadır? Ad günündə Rikini hansı sürprizlər gözləyir?

 

 

 

Xaynektn, X. Rikinin planı var / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 s. 

Rikinin planı var, çünki bu gün anasının ad günüdür! O, səhər yeməyindən sonra gizlincə evdən çıxıb, anasına hədiyyə dalınca yollanır. Riki meşənin içi ilə xeyli gedir. Nəhayət, hədiyyəsi hazır olan kimi anasının yanına qayıtmaq 

 

 

 

 

Xaynektn, X. Riki və Dələ / tərc. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 s. 

Meşəyə payız gəlmişdi. Riki yerə tökülmüş şabalıdları yığanda yerdə bir dələyə rast gəlir. Görəsən o yatıb, yoxsa xəstələnib? Bəlkə kiçik pəncərəni sındırıb?! Riki kiçik dələnin başına nə gəldiyini öyrənmək üçün dostu Annini çağırır. Sonra onlar dələni Rikinin anasının yanına aparırlar. O, baxır və dərhal ona nə olduğunu anlayır.   

 

 

 

Генехтен, Г. Рикки и дедушкин огород / ред. Б. Закирова ; дизайн С. Байрамов ; пер. Э. Багирова. - Bakı : “TEAS Press Nəşriyyat Evi”. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 26 с.

Вместе с мамой и папой Рикки собирается навестить дедушку и бабушку. Приехав к ним, Рикки тотчас убегает в свое любимое место – огород. Там так красиво! Сегодня дедушка расскажет ему много нового. Он вскопают почву, Рикки посеет шпинат и узнает, откуда появляются семена. 



144 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79