Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 10:24

  ÖLKƏŞÜNASLIQ VƏ MİLLİ ƏDƏBİYYAT  ŞÖBƏSİ 

Şöbə müdiri: Tahirova Nazilə Rəhman qızı

Əməkdar mədəniyyət işçisi

E-mail:  NazileTahirova55@mail.ru

Şöbə haqqında ümumi məlumat

Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi 2009-cu ildən fəaliyyət göstərir. 2013-cü ildən ayrıca bölmə kimi yaradılmış, öz fondu və xidməti sahəsi ilə müstəqil fəaliyyət göstərir. Şöbə 2005-2015-ci illərdə dövri mətbuat səhifələrindən ölkəşünaslığa dair materialları ayrı-ayrı bazalar altında toplayaraq proqramda yerləşdirmiş, həmçinin ölkəşünaslıq üzrə kataloq və kartotekanı yaratmışdır.

Strukturu

Azərbaycan uşaq yazarlarının elektron məlumat bazasının yaradılmısı üçün məlumatın toplanması. Biblioqrafik şəxsi göstəricilərin və tövsiyyə ədəbiyyat siyahılarının hazırlanması

Vəzifələri

Ölkəşünaslıq məlumat-biblioqrafiya aparatını təşkil edərək, informasiya xidməti göstərmək. Milli uşaq ədəbiyyatın təbliği ilə əlaqədar tədbirlər həyata keçirmək.

Fəaliyyət istiqamətləri

Şöbə oxucuların ölkəşünaslığa dair informasiyasını inkişaf etdirmək və tam xidmət göstərilməsi istiqamətində ölkəşünaslığa aid soraq biblioqrafiya aparatını - Azərbaycan və rus dillərində kataloq və kartotekalar sistemini yaradır:

“Ölkəşünaslıq” toplu xidmət kataloqu; retrospektiv ədəbiyyatı milli elektron kataloqa yerləşdirir

“Ölkəşünaslıq” tövsiyə kartotekasının təşkili

Azərbaycan dilində olan xarici ədəbiyyatın sistemli kartotekası.

Elmi-köməkçi biblioqrafik göstəricilərin tərtibi;

Tövsiyə biblioqrafik göstəricilər

İnformasiya xarakterli nəşrlər

Elektron biblioqrafik göstəricilər



116 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79