Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Kaspi liseyinin 4-cü sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər.

03-11-2017 09:43

1 Noyabr 2017- ci il tarixində Kaspi liseyinin 4-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra Nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kitabxana ekskursiyaya gələn hər bir uşağın marağına səbəb oldu . Kiçik oxu zalında məktəbin müəllim və şagird kollektivi danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular, oxucuların rəy və təkliflər kitabına öz fikirlərini qeyd etdilər.



35 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79