Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

IV İslam Həmrəyliyi oyunlarına həsr olunmuş “Gücümüz Həmrəylikdədir” adlı dəyirmi masa keçirildi.

16-05-2017 16:27

17 may 2017-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı 265 saylı tam orta məktəbin müəllimləri ilə birgə IV İslam Həmrəyliyi oyunlarına həsr olunmuş “Gücümüz Həmrəylikdədir”-adlı  dəyirmi masa keçirdi. Tədbirdə X sinif şagirdləri  iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı G.Seyidova açaraq  Azərbaycanda islami dəyərlərə bağlı bir cəmiyyətin formalaşdığı haqqında  ətraflı məlumatı tədbir iştirakçılarına çatdırdı, bildirdi ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. 265 saylı məktəbin müəllimi S.Əsgərova  çıxışında bildirdi ki ,Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Tədbirdə iştirak edən  x sinif şagirdləri  IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin qürürverici olduğunu və məktəblərində layiqli davamçıların yetişdiyini diqqətə çatdırdılar. Ölkəmiz bütün müsəlman aləmində idman əlaqələri ilə yanaşı, digər sahələrdə də dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edən bu tədbiri öz tarixinə növbəti zəfər səhifəsi kimi yazacaq və Oyunlar müsəlman ölkələri idmançılarının həmrəyliyinin, onlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirmək səylərinin təntənəsinə çevriləcək.IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etməyə çalışmışlar. Bu, hamının ürəyindən olan bayrama çevriləcək.



186 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79