Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Çiçəklən, dogma Azərbaycanım” adlı tədbir keçirildi.

26-05-2017 16:29

2017-ci il 26 may tarixində F.Köçərli adına Respublika uşaq kitabxanasında “Çiçəklən, dogma Azərbaycanım” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayonundakı 36 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Şagirdlər vətənə, torpağa, bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Kitabxana əməkdaşlarının Respublika Gününə aid hazırladıqları çarxlı slaydlar nümayiş olundu. Tədbirin sonunda uşaqlar Respublika Gününə həsr olunmuş geniş kitab sərgisi ilə tanış oldular. Məktəbin ibtidai sinif müəlliməsi tədbirlə bağlı kitabxana işcilərinə  oz təşəkkürünü bildirdi. Tədbir xatirə şəkillərinin çəkilişi  və uşaqlara verilən kitab hədiyyəsi ilə başa çatdı.

 



235 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79