F.Köçərli adına Respublika Uşaq Kitabxanası 03 iyul 2012-ci il tarixində “Yada düşdü” jurnalının müzakirəsini keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd oxucularla mütəmadi işləyən kitabxanaçıların jurnal haqqında rəy və təkliflərini öyrənmək, jurnalın gələcək nəşrlərinin təkmilləşdirilməsinə kömək və abunə olmaqdır. Tədbirdə jurnalın təsisçisi Nəzakət Məmmədova, baş redaktoru Nahid Hacızadə, baş redaktor müavini Zülfüqar Şahsevənli, redaksiya heyətindən Salatın Əhmədova, Oqtay Rza və digər yazıçı və şairlər iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq Azərbaycanın söz dünyasına qədəm qoyan yeni bir ədəbi-bədii, nostalji jurnalın əhəmiyyətindən danışdı. Kitabxananın gənc kadrları- Xəlilova Xəyalə, Məmmədova Günay, Baxşıyeva Günay, Osmanlı Mətanət, Qəhrəmanova Əzəmət və Seyidli Fatma jurnal haqqında öz fikirlərini, təkliflərini söylədilər. Çıxış edənlər bildirdilər ki, jurnalın adından da göründüyü kimi, burada daha çox yada düşənlər, yaddaşlarda yaşananlar söz-söz, misra-misra oxuculara çatdırılır. Təbii ki, elə ilk nömrəsindən həm təsisçinin, həm baş redaktorun oxuculara ünvanlanan xeyir-duasından bəlli olur ki, jurnal qarşısına yalnız bir məqsəd qoyub. O da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, elminin dəyər