Aprelin 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanov ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq Tahir Əmiraslanov haqqında qısa məlumat verdi, onun kitabxanamıza hədiyyə etdiyi “Mətbəx dastanı” və “Novruz süfrəsi” kitablarının təqdimatının keçiriləcəyindən, tədbirin əhəmiyyətindən danışdı. Kitabxana işçiləri müxtəlif bölgələri təmsil edərək hazırladıqları unudulmuş Azərbaycan milli şirniyyatlarını qonaqlara təqdim etməklə yanaşı, bişirilmə qaydası, hansı mərasimlərdə istifadə olunması haqqında da məlumat verdilər. Bütün bunlar qonaqlarda böyük maraq doğurdu, onları təəccübləndirdi. Tədbirdə kitabxananın direktor müavini Zahirə Dadaşovanın hazırladığı “Azərbaycan mətbəxini sevdirən insan” adlı çarxlı slaydlar nümayiş etdirildi. Tahir Əmiraslanovun həyat və fəaliyyətini, ölkə və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və qazandığı nailiyyətləri, Azərbaycan mətbəxinə dair maraqlı məlumatları əhatə edən slaydlar maraqla izlənildi. Tədbirin keçirilməsində əsas məqsəd kitabxana işçilərinin diqqətini milli mətbəximizlə bağlı dünyada baş verən yeniliklər və məlumatlara, faktlara yönəltməklə milii mətbəximiz haqqında daha da geni