Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Şəhidlər ölməzdir” adlı tədbir keçirildi.

19-01-2018 17:33

17 Yanvar 2018-cı il tarixində, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşları  265 saylı məktəbin VI sinif şagirdləri ilə “Şəhidlər ölməzdir” adlı tədbir keçirdi.Tədbirdə Qanlı yanvara həsr olunmuş bir sıra kitablarla yanaşı, Q.Əbdülsəlimzadənin “ 20 yaşlı 20 Yanvar” əsərinin də icmalını təşkil etdilər. Kitabxananın əməkdaşı öz çıxışında qeyd etdi ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 28 -ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı- şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın , müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Tədbirdə, uşaqları maraqlandıran bütün suallar cavablandırıldı və kitabxanada təşkil olunmuş kitab sərgisi tədbir iştirakçıları tərəfindən izlənildi. Tədbirdən sonra bütün tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etməyə getdilər.  



87 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79