Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Fevral

07-03-2017 12:47

 

Bunin, İ. Seçmə hekayələr / red. F.Şıxlinski ; tərc. ed. H.Şərif ; İ.Mövləvi ; T.Kazımlı. - Bakı : Altun Kitab, 2016. - 192 s.

Rus yazıçısı İvan Bunin yaradıcılığa 1891-ci ildə başlamışdır. “Xutorda”, “Vətəndən xəbər”, “Dünyanın o biri başında”, “Anton almaları”, “Şamlar”, “Quraqlıq” və s. əsərləri ona böyük şöhrət qazandırmışdır. Bunin Sovet hakimiyyətini qəbul etməyərək Fransaya mühacirət etmişdir. 1933-cü ildə Nobel mükafatına layiq görülmüşdür. Bu kitabda oxucular görkəmli yazıçının seçilmiş hekayələri ilə tanış ola biləcəklər. 

 

 

 

İskəndər F. Seçmə hekayələr / red. F.Şıxlinski ; tərc. ed. R.İsmayılov, İ.İlyaslı, A.Quliyev. - Bakı : Altun Kitab, 2016. - 208 s. 

Abxaz kökləri olan rus sovet yazıçısı Fazil İskəndər 1929-cu il mart ayının 6-da Suxumidə kərpic zavodunun İran əsilli sahibinin ailəsində anadan olmuşdur. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunmuş və oğlunu bir daha görməmişdi. Balaca Fazili milliyyətcə abxaz olan anasının Çegem kəndində yaşayan qohumları böyütmüşdü. Yazıçının əsərlərində bir çox hadisələr uşaqlığının böyük hissəsini keçirdiyi həmin kənddə cərəyan edir. F.İskəndər əsərlərini rus dilində yazmışdır. O, yaradıcılığa 1957-ci ildə şeirlə başlasa da, 1962-ci ildən nəsr əsərləri yazmağa başlamışdır. Yazıçının əsərləri demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.

 

Jurnalistika terminləri lüğəti : 2385 söz və ifadənin izahı / tərt. ed. Q.Məhərrəmli ; E.Şıxlı ; ixt. red. A.Əliyev. - Bakı : Altun Kitab, 2016. - 272 s.

Müəllifləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i Qulu Məhərrəmlinin və Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i Elçin Şıxlının olduğu "Jurnalistika terminləri lüğəti" 2016-cı ildə "Altun Kitab" Nəşriyyatı tərəfindən 300 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru Arif Əliyevdir. Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti yanın­da Terminologiya Komissi­yasında müzakirə olunmuş və nəşri məqsədəmüvafiq hesab edilmişdir (17 may 2016-cı il). Lüğətdə müasir jurnalistika, media sistemi, bütövlükdə məlumatlandırma sahəsi ilə bağlı 2400-ə yaxın söz və ifadələrin izahı verilmişdir.

 

 

Mir Cəlal. Bir gəncin manifesti : povest / red. F.Şıxlinski ; tərc. ed. H.Şərif. - Bakı : Kitab Klubu, 2016. - 192 s.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri  yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

 

 

Rəşid, M. Baxmaqla görmək ayrıdı : şeirlər / red. S.Nuruqızı ; tərt. ed. E.Şıxlı. - Bakı : Avropa, 2016. - 246 s.

Şeirləri sizlərə təqdim olunan şairə Mina Rəşid 90-cı illərdən mətbuatda çıxış etməyə başlayıb. “Könlümün sarı simi” adlı ilk şeirlər kitabı 2004-cü ildə işıq üzü görmüşdür. Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür (2013).Bu kitabda şairənin müxtəlif illərdə qələmə aldığı şeirləri toplanmışdır. 

 

 

Uayld, O. Nağıllar / red. F.Şıxlinski ; tərc ed. E.Şıxlı. - Bakı : Altun Kitab, 2015. - 176 s.

Oskar Uayld XIX əsrin sonlarında ingilis ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, xalq arasında böyük hörməti olan, yaradıcılığının çiçəklənən dövründə doğma vətənindən didərgin düşərək ehtiyac içində ölən filosof, yazıçı, dramaturqdur. O.Uayld gözəl şeirlər, komediyalar müəllifidir. 1890-cı ildə yazdığı “Dorian Qreyin portreti” romanı ilə ingilis ədəbiyyatına yeni roman tipi gətirmişdir. Bütün bu janrlarda O.Uayld orijinallığı ilə seçilsə də, ona ən böyük şöhrəti nağılları qazandırmışdır. XIX əsrin axırlarında nağıl? Elm və texnikanın yeni-yeni möcüzələri dövründə oxucunu hansı nağıl möcüzəsi ilə heyrətləndirmək olardı? Lakin O.Uayld heyrətləndirə bildi! İstedadlı yazıçının sehrli qələmində reallıqla əfsanəvilik, tarixiliklə şərtilik qovuşaraq dinamik süjetli, ciddi ictimai mətləbli nağıllara çevrildi.

Жар-птица : сказки / сост. И.Котовской ; худож. Владыченко-Гокиели. - М. : Эксмо, 2011. - 92 с. : цв. ил.

 

Волшебные русские народные сказки о диковинной птице и Василисе, Кощее Бессмертном, Морозке и царь-девице. Стильные орнаменты на каждой страничке с невероятно красивыми иллюстрациями делают книгу похожей на узорную шкатулку, полную чудес.

 

 

Лагерлеф, С. Путешествие Нильса с дикими гусями : для детей среднего школьного возраста / Сельма Лагерлеф ; пер. со швед. И.Токмакова ; худ. А.Алир. - М. : Самовар, 2015. - 160 с.

Герой этой поучительной сказки - двенадцатилетний двоечник и лентяй Нильс - однажды превращается в крошечного человечка и на спине любимого маминого гуся Мартина отправляется в путешествие вместе со стаей диких гусей. Побывав в разных уголках Швеции, он возвращается домой совсем другим - добрым, отзывчивым, готовым защищать своих друзей, понимающим, сколько огорчений он доставлял своим родителям. Книга, в которой писательница использует народные сказки и легенды, не только знакомит юных читателей с историй и географией Швеции, но и преподносит им главный нравственный урок - надо всегда оставаться человеком.

 

 

Пушкин, А.С. Сказки / А. С. Пушкин ; ред. Р. Е. Данкова ; худож. А. М. Елисеев. - М. : Оникс, 2011. - 128 с. : цв. ил.

Написанные в народном духе и стихотворной форме, сказки Александра Сергеевича Пушкина по сей день остаются первыми произведениями для детей, с которых начинается большая любовь к классической русской поэзии. Их хочется перечитывать вновь и вновь, и каждый раз возникает желание повторить слова самого поэта: "Что за прелесть эти сказки!"



240 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79