Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Fevral

30-11-2016 14:46

Bedover, K. 50 ən təhlükəli heyvan : İçində təbii ölçüdə şəkillər əks olunmuş 4 açılan səhifə var. - Çin : Zebra group, 2014. - 128 s. : rəngli şək.

Gözəl tərtibatlı, rəngarəng illüstrasiyalarla zəngin kitabda təbiətdəki ən təhlükəli heyvanlar haqqında məlumat verilir, onlar haqqında maraqlı faktlar sadalanır. Kitabın sonunda isə terminlər lüğəti və heyvan adlarının siyahısı verilir. Kitabda çox maraqlı bir məlumat da öz əksini tapmışdır. Belə ki, kitabda hər bir heyvan üçün beş ballıq şkala üzrə onun insan həyatı üçün təhlükəlilik dərəcəsi də göstərilib.

 

 

Formalar : maqnitli kitab-oyun. - Çin: Zebra group, 2014. -12 s. : rəngli şək.

Bu əlvan kitab uşaqları əsas həndəsi formalarla tanış edəcək, eləcə də onları yadda saxlamağa kömək edəcəkdir. 12 səhifədən ibarət kitabda 21 maqnit fiqur var. Uşaqlar rəsmi tamamladıqdan sonra hər dəfə lazımi fiquru seçməklə onları daha yaxşı qavrayacaqlar.Kitab üç yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.

 

 

 

Rənglər : maqnitli kitab-oyun. - Çin : Zebra group, 2014. - 12 s. : rəngli şək.

Bu əlvan kitab uşaqları on əsas rənglə tanış edəcək, eləcə də  onların adlarını yadda saxlamalarına kömək edəcəkdir. Bu kitabdakı maqnit fiqurlar vasitəsilə öyrənmə prosesini əyləncəli etmək mümkündür. Kitabda 18 maqnit fiqur vardır.

 

 

 

 

Mürrel D. Keçmişin qaranlıq salnaməsi və qəhrəmanları. - Çin : Zebra group, 2013. - 120 s.

Kitabda qədim yunan döyüşçüləri, qladiatorlar, samuraylar, cəngavərlər haqqında məlumat verilir. Kitabdakı rəngarəng illüstrasiyalar və maraqlı mətnlər oxucuların diqqətini cəlb edəcəkdir.Kitabın sonunda izahlı lüğət, terminlərin əlifba sırası ilə siyahısı verilmişdir.                                              

 

 



194 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79