Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası, “Beynəlxalq Əlillər Günü”- nə həsr olunmuş tədbirdə iştirak etdi.

04-12-2017 17:01

4 dekabr 2017-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbinin “Beynəlxalq Əlillər Günü“ ilə əlaqədər təşkil etdiyi tədbirdə iştirak etdilər. Tədbirdə, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri, “Zəhmət-Ruzi” MMC-nin əməkdaşları, 14 saylı Bakı Peşə liseyinin şagirdləri, uşaq yazıçısı Gülzar İbrahimova iştirak edirdi. Tədbirə qatılan qonaqların hər biri öz növbəsində uşaqları salamlayıb, onları bayram münasibəti ilə təbrik etdi. Uşaqların bayram gününün xoş və səmərəli keçməsi məqsədi ilə təşkil olunan tədbir, əlilliyi olan uşaqların ifasında rəqs, mahnı və şeirdən ibarət konsert praqramı ilə başladı. Tədbir, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının uşaqlar üçün hazırladığı xüsusi hədiyyələrin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.



124 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79