Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq dostluq günü münasibətilə öz oxucularını sevindirdi.

31-07-2017 22:25

31 iyul 2017-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq dostluq günü münasibətilə öz oxucularını sevindirdi. Kitabxananın İncəsənət və Kütləvi işlər şöbəsinin əməkdaşları bu məqsədlə “Dostların dostudur kitab” başlığı altında çox maraqlı bir aksiya keçirdi və bu aksiyaya ən fəal oxucularını cəlb etdi. Belə ki, kitabxananın oxucuları tanımadıqları digər oxucu dostlarına məktub ünvanladılar. Həmin məktublar kitabxananın hədiyyə kitablarına əlavə edilərək öz sahiblərinə çatdırıldı. Beləliklə, hədiyyəni alan bütün uşaqlar həm yeni kitab əldə etdilər, həm də yeni dostlar qazandılar. Oxucuların dostluq etmək istədiyi həmyaşıdlarına göndərdikləri mesajlar onları kitabxanadan daha çox istifadə etməyə həvəsləndirdi və eyni zamanda oxuduqları kitablar haqqında mülahizələrini bölüşdürmək üçün bir imkan yaratdı. Qeyd edək ki, xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etməyi qərara alıb. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Dostlar dostları xatırlayır, onların yardım və rəğbətini yüksək qiymətləndirərək, xüsusi təşəkkürlərini bildirirlər. Sevgi və dostluq – bunlarsız insanların dünyada mövcudluğu mənasızdır. Öz dostunu qiymətləndirməyi hər kəs bacarmır. Leonardo da Vinci dediyi kimi: "Kimki istəyir onun sadiq dostları olsun, o zaman dostlarının ehtiyac və istəklərinə qarşı mehriban, səbrli, tolerant davranmalıdır". Dostlar, bayramınız mübarək!

 



389 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79