• 0
  • 2>
  • 17>
  • 13>
  • 8>
  • 1>
  • 12>
  • 18>
  • 20>
  • 16>
  • 10>
  • 5>
  • 4>
  • 3>
  • 6>
  • 7>
  • 14>
  • 9>
  • 11>
  • 15>
  • 19>
  • 21>
css slider by WOWSlider.com v9.0

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.

Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitabxananın daimi oxucuları olan Bakı şəhəri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm əsərlərinin sərgisini təqdim edir.

 

 

 

 

 Virtual Sərgi F.Köçərli adınaRespublika Uşaq kitabxanasıtərəfindən hazırlanmışdır.