Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Dünya Qar Günü” ilə əlaqədar tədbir keçirildi.

30-01-2018 13:57

29 yanvar 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi “Dünya Qar Günü” ilə əlaqədar tədbir keçirdi. Bakı şəhəri, Nəsimi rayonu 164 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri məktəblərdə qış tətilinin başlaması və istirahətlərinin daha səmərəli keçməsi məqsədilə kitabxanaya ekskursiya etdilər. Şagirdlərin kitabxanaya gəlişinin “Dünya Qar Günü” -nə təsadüf etməsi, uşaqların ikiqat sevincinə səbəb oldu. Onlar kitabxananın bütün şöbələri ilə yaxından tanış olduqdan sonra, kitab haqqında maraqlı film izlədilər. Şöbənin əməkdaşları, uşaqlara adı “Beynəlxalq Qış İdman Növləri” kimi də bilinən “Dünya Qar Günü” haqqında geniş məlumat verdilər. Daha sonra, qarla bağlı 12 maraqlı faktdan ibarət videoçarx təqdim olundu. Tədbir, uşaqlar arasında maarifləndirici krossvord oyunu, kağızdan müxtəlif formalı qar dənəciklərinin hazırlanması və viktorina keçirilməsi ilə davam etdi. Sonda, oyunlarda fəal iştirak edən şagirdlər, kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalının yeni sayı ilə mükafatlandırıldı. Nəzərinizə çatdıraq ki , “Dünya Qar Günü” 2012-ci ildən etibarən, artıq dünyanın 40-dan çox ölkəsi tərəfindən qeyd edilir.

 

     



179 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79