Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

`Bir yarpağın hekayəti` adlı tamaşa keçirildi.

09-12-2016 23:30

09.12.2016-cı il tarixində Binəqədi rayonu 83 saylı məktəbdə möhtəşəm bir "Payız" tədbiri keçirildi. Şagirdlər Təhsil Nazirliyi, MTTM İB, TİKA və "Pətək" İB-nin birgə həyata keçirdiyi "Fəsillərin hikməti və ahəngi-Payız" layihəsi çərçivəsində hazırlanmış "Bir yarpağın hekayəti" tamaşasını böyük uğurla tamaşaçılara təqdim etdilər. Tədbirə təşrif buyurmuş Təhsil Nazirliyinin nümayəndəsi Afət Süleymanova, "Pətək"İb-nin sədri Sevinc Əsgərova, Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Seymur müəllim, TİKA-nın Bakı mümayəndəliyinin koordinator müavini Mehmet Ali Yetiş öz çıxışlarında tədbirin əhəmiyyəti və şagirdlərin çıxışı barədə ürək sözlərini bildirdilər. Həmçinin tədbirdə MTTM İB, TİKA və "Pətək" İB-nin birgə həyata keçirdiyi "Sağlam Mədəniyyət" layihəsi çərçivəsində təşkil olunmuş "Milli naxışlar və əl işləri" "Ebru sənəti" kurslarında iştirak edən şagirdlərə sertifikatlar təqdim edildi. Tədbirin təşkil edilməsində başda məktəb direktoru Nəbi müəllim olmaqla zəhməti keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Açdığımız cığırın böyüyüb xeyirə, elmə, tərbiyəyə, hikmətə, təfəkkürə aparan bir yol olduğunu görməklə qürur duyuruq.



114 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79