Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Avqust

30-11-2016 23:18

 

Spok, B. Uşaq və ona qulluq : Gənc anaya məsləhətlər. - Bakı : Azərnəşr, 2016. - 407 s. : foto.

Bencamin Makleyn Spok (1903-1998) məşhur amerikalı pediatr olub. 1946-cı ildə nəşr olunan “Uşaq və ona qulluq” kitabı Amerika tarixində ən çox satılanlar sırasında ilk yerlərdən birini tutur. B.Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacılarını öyrənməkdən ötrü psixoanalizi öyrənən ilk pediatr olmuşdur.Bu dəyərli kitabın gənc analar üçün çox faydalı olacağını düşünürük.

 

 

Yusifoğlu, R. Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri : Monoqrafiya.- Bakı: Elm və təhsil, 2016. - 368 s.

Görkəmli şair, ədəbiyyatşünas, filologiya elmləri  doktoru, professor Rafiq Yusifoğlu iyirmi ilə yaxındır ki, respublikamızın ali məktəblərində mühazirələr oxuyur. Onun bir çox kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Şairin sizlərə təqdim olunan bu kitabında sistemli şəkildə dünya ədəbi-nəzəri fikrindən söhbət açılır, görkəmli sənət adamlarının, şair və yazıçıların şeir və sənət haqqında mülahizələri təhlil olunur.

 

 

Nuruqızı, S. Qədim Bakıya səyahət. - Bakı : Təhsil, 2015. - 168 s. : il. 

Müasir  uşaq ədəbiyyatımızın görkəmli    nümayəndəsi  Sevinc Nuruqızının bu  kitabında  qədim   Bakımızıntarixi, abidələri,adət- ənənələri ilə tanış olmaq imkanı var. Nəfis şəkildə, gözəl tərtibatla, rəngarəng  illüstrasiyalarla nəşr  olunmuş  bu  kitab  məzmunca və  bədiidəyəri ilə də seçilir.

 

 

 

Yusifoğlu, R. Sabahın sorağında: Şeirlər. - Bakı: ADPU nəşriyyatı, 2016. - 286 s.

Görkəmli şair, ədəbiyyatşünas, filologiya elmləri  doktoru, professor Rafiq Yusifoğlu məhsuldar qələm sahiblərindəndir. Onun  xeyli kitabı çap olunub. Bu kitabların arasında uşaq ədəbiyyatı nümunələri özünəməxsus yer tutur. Şairin bu yeni toplusuna ötən əsrin 70-80-ci illərində qələmə alınan, amma indiyədək heç bir kitabına daxil edilməyən şeirləri toplanıb.

 

 



340 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79