Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Avqust

01-11-2017 15:26

Dahl, Roald.BMA - Böyük və mehriban Azman / R. Dahl ; red. Ə. Rzazadə ; ing. dil. tərc.ed. S. M. Gültən ; rəs. Q. Blake. - Bakı : Qanun Nəşriyyatı, 2015. - 208 s. : il., foto ; 21 sm. - (Dünya uşaq ədəbiyyatı).

BMA Sümükxırçıldadan Azman kimi deyil. O, çox qəşəng və pəltəkdir. Sofinin bəxti gətirib ki, o belədir. Əgər onu, gecəyarısı BMA yox, Qantökən tutsaydı, o, nəhəngin səhər yeməyi olardı. Sofi eşidəndə ki, adamyeyən azmanlar balaca uşaqları yemək üçün İngiltərəyə çapıb gediblər, onları birdəfəlik dayandırmalıdır. Bu işdə BMA ona kömək edir.

 

 

Dahl, Roald. Ceyms və nəhəng şaftalı / R. Dahl ; red. Ə. Rzazadə ; ing. dil. tərc.ed. S. M. Gültən ; rəs. Q. Blake. - Bakı : Qanun Nəşriyyatı, 2015. - 4156 s. : foto, il. ; - (Dünya uşaq ədəbiyyatı)

Ceyms Henri Trotterin valideynləri faciəli şəkildə kərgədan tərəfindən yeyiləndən sonra Ceyms iki dəhşətli xalası Spiker və Sponge ilə bir yerdə yaşamağa gedir. Ceymsin əlindən yaşlı şaftalı ağacının altına bir neçə sehrli kristallar düşənə qədər onun həyatı xalalarının yanında dözülməz olur. Bundan sonra qəribə hadisələr baş verir. Ağacın başındakı şaftalı böyüyüb, nəhayət, ev boyda olur. Ceyms şaftalının işində nəhəng dostlarını - Cırcırama, Qırxayaq və Parabüzəni tapır. Şaftalı diyirlənir və möhtəşəm macəra başlayır

 

Dahl, Roald. Matilda / R. Dahl ; red. Ə. Rzazadə ; rəs. Q. Blake ; ing. dil. tərc.ed. S. M. Gültən. - Bakı : Qanun Nəşriyyatı, 2015. - 240 s. : il., foto ; 21 sm. - (Dünya uşaq ədəbiyyatı)

Matilda qeyri-adi, istedadlı balaca bir qızdır. Ancaq valideynləri onun fərsiz hesab edir. Matilda məktəbin evdən fərqli olduğunu gözləyir, ancaq, o, orada balaca uşaqlara nifrət edən qəddar məktəb direktoru - Xanım Trunçbul ilə üzləşir. Trunçbul Matildaya zərbə vuranda qəflətən o özündə fövqəladə güc olduğunu kəşf edir. Bu gücü ilə də Trunçbula qarşı vuruşur. Trunçbula layiq olduğu cəzanı verir. Yalnız Matilda ona bu cəzanı verə bilərdi.

 

 

Dədə Qorqud dastanları : Uşaqlar və yeniyetmələr üçün / red. D. Şahmərdanlı ; rəs. A. Mustafayev ; hazırlayan Ş. Cəmşid. - Bakı : Parlaq İmzalar, 2016. - 264 s. : rəngli il. ;

Təxminən min il bundan əvvəl naməlum bir şəxs tərəfindən qələmə alınmış Kitabi-Dədə Qorqud Azərbaycan xalq ədəbiyyatının ən qədim və möhtəşəm abidələrindən biridir. İlk vərəqindəki bir yazıya görə şərti olaraq Kitabi-Dədə Qorqud adlanan bu misilsiz sənət nümunəsi XVIII əsrin ortalarına qədər elm aləminə məlub olmayıb.

 

Hikmətli sözlər : Cib kitabları silsiləsi - 1 / red. Ş. K. Sadiq ; naşir M. F. Fərziyev ; tərt.ed. B. Ələkbərov. - 2-ci nəşr. - Bakı : Hədəf Nəşrləri, 2016. - 152 s. 

 Kitabda müxtəlif xalqların və dünya ədəbiyyatı klassiklərinin, görkəmli alimlərin müdrik kəlamları toplanmışdır. İnsan, həyat, təbiət haqqında olan bu hikmətli sözlər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

 

Potter, Jan. Uşaqların çox qısa zamanda edə biləcəkləri fənn təcrübələri : 10 dəqiqə və ya daha qısa zamanda edə biləcəyiniz 100-dən çox sınaq / J. Potter ; tərc.ed. G. Aydınqızı ; layh.rəhb. M. F. Fərziyev. - Bakı : Hədəf Nəşrləri, 2012. - 136 s. : il.  (İNCİ uşaq ədəbiyyatı silsiləsi).

Uşaqlar üçün çox qısa zamanda edilə biləcək fənn təcrübələrində raketlərin necə işlədiyindən şimşəyin nədən meydana gəldiyinə qədər bir çox fənn möcüzəsini öyrənməyinizə kömək olacaq 108 tez və asan təcrübə göstərilmişdir. Hər bir təcrübə 10 dəqiqəyə və ya daha az bir zamanda tamamlanmalıdır. Qısa bir vaxtda daha çox həyəcanverici mövzu öyrənmiş olacaqsınız. Kitabda bölmələrə yer ayrılmışdır. Əgər müəyyən bir əməliyyatı axtarırsınızsa, kitabın son qismində yer alan təcrübə silsilələrindən istifadə edə bilərsiniz.  

 

Şıxlı, İsmayıl. Dəli Kür : Məktəblilər üçün / İ. Şıxlı ; red.: İ. İlyaslı, E. Raqifoğlu ; rəs. E. Cabbarov ; uşaqlar üçün işl. E. Piri. - Bakı : Qələm , 2016. - 96 s. - (Nəsrimizin İnciləri). 

Görkəmli yazıçının oxucular arasında "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir

 

 



32 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79