Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Aprel

30-11-2016 20:38

 

Kasimi, M. Maymun ve kırmızı şapka. - İstanbul : Nar Yayınları, 2010. - 13 s. : rəngli il. - ( Yeşil orman ; 3). - çanta kitap.

Kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş bu gözəl illüstrasiyalı, rəngarəng kitabda tamaşada geymək üçün atasından qırmızı papağını alan, lakin orada başı qarışdığından papağı yaddan çıxaran meymun balasının hekayəsi verilir.

 

 

 

 

Kasimi, M. Fare ve kötü düşünce. - İstanbul : Nar Yayınları, 2010. - 13 s. : renkli il. - (Yeşil Orman ; 4). - çanta kitap.

“Yeşil Orman dizisi” seriyasından olan bu kitabda siçanın dovşan və sincabla başına gələn hekayə nəql olunur. Bu ibrətamiz hekayədə bir şeyi araşdırmadan pis fikrə düşənlərin sonunda çox peşman olduqları diqqətə çatdırılır.

 

Kasimi, M. Yalan söyleyen kurbağa. - İstanbul : Nar  Yayınları, 2010. - 13 s. : il. (Yeşil Orman ; 5). - çanta kitap.

Seriyadan növbəti kitab olan “Yalan söyleyen kurbağa” kitabında dostu olmadığı üçün çox üzülən və başqalarının da dostunun olmasını istəməyən qurbağadan danışılır. Bu qurbağa yalan söyləyərək dostları bir-birindən küsdürür. Lakin yalanı tezliklə üzə çıxır. Çox peşman olan qurbağa üzr istəyir və bir daha yalan söyləməyəcəyinə söz verir...

 

 

Kasimi, M. Tembel ceylan. -İstanbul : Nar Yayınları, 2010. - 13 s.(Yeşil Orman;6). - çanta kitap.

Meşədə yaşayan heyvanlar çox mehriban və dostluq şəraitində yaşasalar da bəzi hadisələr baş verdi. Bəzi heyvanlar yaramazlıqlıar etdilər, bəziləri yalnız özünü düşündü... Hər bir hekayənin sonunda isə hər bir heyvan öz səhvini anladı.“Tembel Ceylan” hekayəsində həm tənbəllik edən, həm  də özündən çox razı olan ceyranın bunun nəticəsində yarışmanı uduzması haqqında danışılır. Ceyran sonda öz səhvini anlaylır. Özünə çox güvənmək və tənbəllik etmək lazım olmadığını anlayır.

 

Kasimi, M. Kibirli fil. - İstanbul : Nar Yayınları, 2010. - 13 s. : il. (Yeşil Orman ; 7). - çanta kitap.

Seriyanın növbəti kitabında özündənrazı fil haqqında danışılır. Öz bədənini böyük, gücünü isə hədsiz sayan filin ayağına bir gün kiçik bir tikan batır. Böyük vücuduna baxmayaraq, fil balaca bir  tikanın qarşısında necə aciz olduğunu görür və əvvəllər əziyyət etdiyi qarışqaya möhtac olur. Qarışqanın köməyi ilə ağrıdan xilas olan fil artıq heç kimi xor görməyəcək.

 

 

 

Kasimi, M. Sabahları öten horoz. - İstanbul : Nar Yayınları, 2010. - 13 s. : il. - (Yeşil Orman ; 8).

Bu hekayədə həyatı daha gözəl və huzur içində yaşamaq üçün hər kəsin bir-birinə ehtiyacının olmasından danışılır. Səhərlər erkəndən oyanan xoruz kəndliləri və heyvanları işləməyə, məhsul yetişdirməyə çağırır. Hekayədə hər kəsin bir-birinin gördüyü işə hörmətlə yanaşmalı olduğu diqqətə çatdırılır.

 

 

 

Unur, M. En güzel kuzu. - İstanbul : Nar Yayınları, 2011. - 13 s. : il. (Yeşil Orman 10 ). - çanta kitap.

“Yeşil Orman” seriyasının bu kitabında toppuş quzu və onun sahibinin başına gələnlərdən bəhs olunur. Ən gözəl quzu yarışmasında birinci yeri tutan quzu yaxşı qidalanmağın nə qədər faydalı olduğunu digər quzulara əyani şəkildə sübut edir.

 

 

Unur, M. Bahçıvan tavşan. - İstanbul : Nar Yayınları, 2012. - 13 s. (Yeşil orman 11). - çanta kitap.

Bu kitabda meşədə yaşayan balaca dovşandan bəhs olunur. Dovşan yerkökünü və başqa tərəvəzləri çox sevir. Lakin bu tərəvəzləri yalnız qoca bağbanın bağçasından oğurlayaraq yeyə bilir. Hər dəfə oğurluq edərkən isə başına bir hadisə gəlir. Sonda dostlarının məsləhəti ilə özünə bağça düzəldib, sevdiyi yerköküləri yetişdirən dovşan artıq öz zəhmətinin bəhrəsi ilə qidalanır və buna görə çox xoşbəxtdir...

 

 

Yılmaz, G. Süslü kelaynak. - İstanbul : Nar Yayınları, 2012. - 13 s. (Yeşil Orman ; 12). - çanta kitap.

Bu hekayə keçəl qaraleylək haqqındadır. Meşədə yaşayan qaraleylək çox gözəl qəlbli idi, bütün bala quşların qayğısına qalırdı. Bunun müqabilində quşların anaları ona öz tüklərindən verirlər. Hər cür gözəl tüklə bəzənən qaraleylək çox gözəl bir quşa çevrilir və onda özündənrazılıq baş qaldırır. O, artıq heç kimi saymır, heç kimlə oynamırdı. Sonunda heç kəsi bəyənməyən qaraleylək gözəl quşların yaşadığı ölkəni axtarmağa gedir, lakin tufana düşür və bütün tüklərini itirir. Öz səhvini anlayan, özündənrazı olmağın çox pis olduğunu başa düşən qaraleylək öz doğma meşəsinə qayıdır və köhnə dostlarından üzr istəyərək onlara qovuşur...

 

Yılmaz, G. Uçan fare. - İstanbul : Nar Yayınları, 2010. - 13 s. :  renkli il. - (Yeşil Orman ; 9). - kitap çanta.

Bu hekayədə balaca siçan balası Pıtırcığın gördüyü yuxudan bəhs olunur. O, quş olmaq istəyir və olur. Lakin quş olan Pıtırcığı quşlar quş hesab etmir. Siçanların yanına gəldikdə isə, bu dəfə də siçanlar onu qəbul etmir. Buna görə də Pıtırcık hamıya öz halından şikayətçi olmamağı, özü kimi olmaqdan qürur duymağı tövsiyə edir.

 

 

Ziyade, R. Beş arkadaş. - İstanbul : Nar Yayınları, 2009. - 13 s. (Yeşil Orman ; 1). - kitap çanta.

Meşədə yaşayan beş dost – pişik, sərçə, tısbağa, meymun, köpək alma ağacından alma yemək üçün yola düşdülər. Lakin gəlib çatanda gördülər ki, ağacda cəmi bircə alma var. Hər kəs almanın onun olduğunu dedi və mübahisəyə başladılar. Bir də gördülər ki, tısbağa çıxıb gedir. Ondan niyə getdiyini soruşanada o dedi: “Almanı beş yerə bölüb yeyə bilərik, niyə mübahisə edirsiniz?”. Öz səhvlərini anlayan dostlar almanı beş yerə bölüb yedilər və tısbağaya təşəkkür etdilər.

 

Ziyade, R. Grip olan kaplumbağa. - İstanbul : Nar yayınları, 2009. - 13 s. : renkli il. - (Yeşil orman ; 2). - çanta kitap.

Bir gün tısbağa Susu qrip olur və yatağa düşür. Doktor Zürafə  onun yanına gəlir və öz məsləhətlərini verir. Tısbağanın xəstələndiyini eşidən dostları onu ziyarətə gəlirlər və hər biri ona sevdiyi hədiyyələri aparır. Bundan çox sevinən tısbağa onu ziyarətə gəlmiş dostları ilə birgə söhbət etdi, yeyib içdi, kitab oxudu.



98 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79