Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Aprel

20-05-2017 11:09

Əfəndiyev, O. Azərbaycan Səfəvilər dövləti. - Bakı : Kitab Klubu, 2016. - 296 s. : il. - (Azərbaycan tarixi).

Bu kitab, Azərbaycan xalqının tarixinin ən parlaq və möhtəşəm dövrünə, I Şah İsmayıl Xətayinin yaratdığı Səfəvilər, yaxud Qızılbaşlar dövlətinin tarixinə həsr edilmişdir. Müəllif ilk növbədə farsdilli qaynaqlardan, o cümlədən nadir əlyazmalardan, həmçinin Avropa dillərində olan mənbə və tədqiqatlardan geniş surətdə faydalanaraq, Səfəvilər dövlətinin təşəkkülü, siyasi tarixi, ictimai-iqtisadi quruluşu, idarə sistemi, ordu quruculuğu və s. məsələləri şərh etmiş, bu böyük dövlətin tarixində Azərbaycanın aparıcı rolunu işıqlandırmışdır. 

 

 

Farndon, C. Ulduzlar və qalaktikalar haqqında nə bilirik? / red. A. Cəfərova ; elmi red. Z. Səmədov ; tərc. ed. H. Əliyev. - Bakı : TEAS Press Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 48 s. : rəngli il. - (Yer kürəsi, kosmos və kainat).

Bu kitabda səmada gördüklərimizin Kainatın yalnız kiçik parçası olmasından və ordakı ulduzların, milyardlarla ulduz dəstələrinin və qalaktikaların nəhəng hörümçək toru kimi təşkil olunmasından ətraflı bəhs edilir. 

 

 

Hüqo, V. Kozetta : “Səfillər” romanından fraqmentlər / uşaql. üçün işl. Ə. Əsədzadə. - Bakı : Renessans-A nəşriyyat evi, 2016. - 199 s.

Bu kitabda böyük fransız yazıçısı Viktor Hüqonun məşhur “Səfillər” romanından fraqmentlər uşaqlar üçün işlənərək “Kozetta” adı ilə oxuculara təqdim olunur. Romanın əsas obrazı olan Jan Valjan fəhlə qadın Fantinanın qızı Kozettaya sahib çıxır. Lakin çətinliklər qarabaqara onları izləyir. Dünya ədəbiyyatının şedevri olan bu əsərin uşaqlar tərəfindən də mütaliə olunması üçün bu nəşr çox faydalıdır. 

 

 

 

İngiliscə-azərbaycanca izahlı kompüter terminləri lüğəti / tərt. ed. R. Məmmədli. - Bakı : Kitab Klubu, 2014. - 465 s.  

Lüğət İnternet, kompüter və İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində ən çox işlədilən söz, ifadə və xüsusi terminlərin ingiliscə açılışını və azərbaycanca qarşılığını, lazım olanda isə izahını verir. Kitab orta məktəb şagirdləri, tələbə və müəllimlərlə yanaşı, kompüterdə çalışan istənilən istifadəçi üçün faydalıdır. 

 

 

 

 

Qrehem, Y. Günəş sistemi haqqında nə bilirik? / red. A. Cəfərova ; elmi red. Z. Səmədov ; tərc. ed. H. Əliyev. - Bakı : TEAS PRESS Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 48 s. - ( Yer kürəsi, kosmos və kainat).

Bu kitabda Günəş sisteminin nədən ibarət olması, planetlərin fərqli olmasının səbəbi, həmçinin kometalar, asteroidlər və cırtdan planetlər haqqında danışılır. 

 

 

 

 

            Moris, N. Kosmosun tədqiqi bizə nə verir? / red. A. Cəfərova ; elmi red. Z. Səmədov ; tərc. ed. H. Əliyev. - Bakı : TEAS PRESS Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 48 s. - (Yer kürəsi, kosmos və kainat).

 Bu kitabda kosmik tədqiqatların problemləri, nailiyyətləri və təsadüfi uğursuzluqlarından bəhs olunur, habelə bizim kəşflərimizə qoyulmuş sərmayə ilə əldə olunan fayda müqayisə edilir. 

 

 

 

 

Teylor-Batler, K. Süxurlarla təcrübələr / tərc. ed. E. Bağırova ; məsl. Q. Mikayılov ; red. F. Cəfərov. - Bakı : TEAS PRESS Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. : rəngli foto. - (Mənim elmi tədqiqatlarım).

Müxtəlif süxurlar haqda daha çox məlumat əldə etməyinizə yardım edəcək elmi metodları öyrənmək üçün “Süxurlarla təcrübələr” kitabını oxuyun. Həyəcanverici və praktik təcrübələr sadə anlayışları gənc alimlərə izah edir. 

 

 

 

Voldron, M. Yer səthinin və sinoptik xəritənin çəkilməsi / red., tərc. ed. A. Cəfərova ; tərc. ed. M. Atasoy ; elmi red. M. Seyfullayeva. - Bakı : TEAS PRESS Nəşriyyat Evi. “Üç alma uşaq ədəbiyyatı”, 2016. - 32 s. : rəngli foto. - ( Xəritəni öyrənək!).

Siz “Yer səthinin və sinoptik xəritənin çəkilməsi” kitabını oxumaqla, fiziki dünyanın xəritələrdə müxtəlif formalarda göstərilməsinin şahidi olacaq və fiziki xəritələri oxumaq bacarığını əldə edəcəksiniz. 



123 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79