Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

ABŞ-ın Koliforniya ştatının Los-Angeles şəhərinin UCLA Universitet Kitabxanasının əməkdaşı Devid Hörş F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət etdi.

04-10-2017 11:56

28-30 sentyabr 2017-ci il tarixlərində keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransda iştirak edən ABŞ-ın Koliforniya ştatının Los-Angeles şəhərinin UCLA Universitet Kitabxanasının əməkdaşı Devid Hörş F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət etdi. Ziyarət çərçivəsində qonaq kitabxana ilə yaxından tanış oldu, kitabxanada fəaliyyət göstərən bütün şöbələrin işi ilə yaxından maraqlandı. Kitabxananın direktoru Ş.Qəmbərova qonağa kitabxana haqqında ətraflı məlumat verdi və Los-Angeles şəhərinin UCLA Universitet Kitabxanasının Azərbaycan dilində olan fondu üçün F.Köçərlinin “Balalara hədiyyə” kitabını hədiyyə etdi. Qonaq kitabxanadan və onun fəaliyyətindən məmnun olduğunu bildirdi. Xüsusilə uşaqlar üçün yaradılan nağıl otağı, milli adət-ənənələrimizi özündə əks etdirən guşə və dünya xalqlarının uşaq ədəbiyyatı üçün ayrılmış sərgilər qonağı valeh etdi. Sərgidə sərgilənən ədəbiyyatların müxtəlif dillərdə olmasının böyük əhəmiyyət kəsb etdiyini qonaq xüsusilə vurğuladı. Devid Hörş Azərbaycan xalq nağıllarının qəhrəmanları ilə bağlı ətraflı məlumat əldə etdi.



211 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79