Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

03-12-2016 18:46

  MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ 

Şöbə müdiri: Əhmədova Sevil Əliabbas qızı

2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.

e-mail: sevil_haci90@yahoo.com

Şöbə haqqında ümumi məlumat

Məlumat biblioqrafiya şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə əsasən  oxu zalından istifadə edən oxuculara xidmət göstərmək məqsədilə öz iş fəaliyyətini qurmuşdur. Komplektləşdirmə şöbəsi tərəfindən alınmış qəzet və jurnal materilallarından lazım olan materiallar işlənərək kataloq və kartoteka sistemində əks olunur. Bundan başqa kitabiçi məqalələrin də təsviri həyata keçirilərək müxtəlif mövzular üzrə yaranmış bazalarda öz əksini tapır. Müxtəlif mövzular üzrə toplanmış qəzet və jurnal məqalələrinin tam mətnli elelktron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilir.

Strukturu

Elektron və ənənəvi kataloqlarla xidmət bölməsi;

İnformasiya xidməti bölməsi

Vəzifələri

Elektron və ənənəvi kataloq və kartoteka sistemi ilə biblioqrafik xidmət göstərmək,

Oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirmək.

Fəaliyyətinin əsas istiqamətləri

Oxucu sorğularının yazılı və şifahi ödənilməsi;

Şöbə soraq və biblioqrafik nəşrlər fondunu daxili kataloq və biblioqrafik kartoteka sistemində əks etdirir;

Şöbə əməkdaşları tərəfindən biblioqrafik göstəricilər tərtib edilir;

Şöbə “Bizə kitab gəlib”(rüblər üzrə), “Yayda nə oxumalı” adlı informasiya bülleteni hazırlayır;

Elektron kataloq vasitəsilə biblioqrafik xidmət göstərilir;

Ödənilmiş arayışlar fondunun uçotu aparılır;

Milli Uşaq Ədəbiyyatı və beynəlxalq sərgilərə kitab seçimində köməklik göstərir



220 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79