Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

03-12-2016 11:55

  AVTOMATLAŞDIRMA VƏ KOMPYUTERLƏŞDİRMƏ ŞÖBƏSİ 

Şöbə müdiri: Ağamirzəyeva Vəfa Əliağa qızı
2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.
E-mail:vafa.aqamirza@mail.ru

Şöbə haqqında ümumi məlumat

Avtomatlaşdırma və kompyuterləşdirmə şöbəsi 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını, kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.

Şöbənin əsas vəzifələri

Kitabxananın elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;

İstifadəçilər tərəfindən kitabxananın internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait yaradılmasını təmin etmək;

Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

Kitabxananın vahid kompyuter şəbəkəsinin yaradılması, fəaliyyətinin tənzimlənməsi və onun fasiləsiz işini təşkil etmək;

Kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompyuter proqramlarının tətbiqini təşkil etmək;

Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısını təmin etmək;

Kitabxananın kompyuter və şəbəkə avadanlıqlarının işləməsini və idarə edilməsini təmin etmək;

Kitabxananın saytının (www.clb.az) və elektron kataloqun oxucular tərəfindən açılıb oxunmasını təmin etmək;

Şöbənin iş planı, fəaliyyəti ilə bağlı kitabxananın rəhbərliyinə məlumat vermək;

Şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını təmin etmək;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Kitabxanaya alınan çap məhsullarının elektron kataloqa daxil edilməsi, həmçinin kitabxana fondunun elektron bazasının redaktəsi, yoxlanılıb tam şəkildə oxucuların ixtiyarında verilməsini təmin etmək;

Şöbə kitabxananın Qızıl fondunda, həmçinin oxucu sorğularına əsasən tələb olunan kitabların tam mətnini hazırlayaraq kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsini təmin edir.

Şöbənin əsas fəaliyyət istiqamətləri

Kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını təmin edir;

Kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir;



124 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79