Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 11:55

  İNCƏSƏNƏT ŞÖBƏSİ 

Şöbə müdiri: Quliyeva İlahə Əşrəf qızı
E-mail:  ilahelibrary@mail.ru

Şöbə haqqında ümumi məlumat

Kitabxananın İncəsənət şöbəsi 1990-cı ildə təşkil olunmuşdur. Elə həmin ildən etibarən fonoteka bölməsi fəaliyyətə başlamışdır. İncəsənət şöbəsində musiqi notları, qrammofon valları, incəsənətin bütün növlərinə dair kitab,  jurnal və digər nəşr nümunələri toplanmışdır.

Hal hazırda şöbənin fondunda not, kitab, CD, DVD, audio və video kassetlərlə yanaşı jurnallar,  Azərbaycan bəstəkarları, incəsənət xadimləri haqqında diskli kitablar, sənədlər mövcudur. 

Oxuculara xidmət işi:

Zalda oxucuların  incəsənətə dair elektron informasiya daşıyıcıları və notlarla təmin edilməsi

İllik iş planı əsasında yubilyar uşaq bəstəkarları, teatr xadimlərinin yubileylərinə həsr olunmuş ədəbi kompozisiyaların, musiqi gecələrinin keçirilməsi

Musiqili CD və disklərdən  kütləvi tədbirlərdə istifadə olunması

Strukturu

Fonoteka bölməsi (CD,disk, vallar)

Not nəşrləri bölməsi

İncəsənətə dair kitablar, diskli kitablar,

Vəzifələri

Qrammafon vallarını komplektləşdirmək, uçotunu aparmaq, kataloqunu tərtib etmək, sistemləşdirmək və uşaq musiqi sahəsinə tələbatı olan oxuculara kitabxanalararası xidmət göstərmək.

Fəaliyyət istiqamətləri

Respublika İncəsənət Gimnaziyası, musiqi məktəbləri ilə birgə kütləvi tədbirlərin keçirilməsi işində bilavasitə xidmət göstərir;

Şöbənin əməkdaşları kitabxananın böyük oxu zalında musiqi sahəsi ilə əlaqədar bəstəkarların ildönümləri münasibətilə əlamətdar və tarixi günlərə dair sərgilər təşkil edir. 

Şöbə öz fondunu kitabxananın kataloq sistemində - əlifba, sistemli kataloq və kartotekalarında əks etdirir.



98 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79