Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 11:54

  KÜTLƏVİ İŞLƏR ŞÖBƏSİ 

Şöbə müdiri: İbrahimova Leyla Rasim qızı
E-mail:  leyla.rasim@mail.ru

Şöbə haqqında ümumi məlumat

Kütləvi işlər şöbəsi 1985-cı ildən fəaliyyət göstərir. Kitabxananın kütləvi tədbirlərini həyata keçirən əsas şöbədir. Şöbə əlamətdar və tarixi günlərin keçirilməsini, kitabxanaya daxil olan yeni ədəbiyyatla tanışlıq mövzusunda çoxlu sayda kitab təqdimatlarına müvafiq sərgilər təşkil edir. Həmçinin, keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrinə məlumatların ötülürməsini təmin edir və kitabxananın saytında yerləşdirir.

Vəzifələri

Prezident sərəncamına əsasən yubileyləri qeyd olunan yazıçı və şairlərin, əlamətdar və tarixi günlər təqvimi əsasında elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş kitab sərgilərinin, ədəbi bədii gecə və festivalların, teatr-tamaşa-müzakirələrin, yeni çapdan çıxmış uşaq ədəbiyyatı nümunələrinin təqdimetmə mərasimlərini, uşaq yazarları və rəssamları ilə görüşlərin təşkil olunması;

Fəaliyyət istiqamətləri

Respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birgə həmin ölkələrin tarixi, siyasi, iqtisadi, mədəni həyatına həsr olunmuş sərgilər təşkil edir, eyni zamanda həmin səfirliklərin Bakıda yerləşən Mərkəzləri ilə yaxından əməkdaşlıq edir;

Azərbaycanın görkəmli elm, incəsənət, mədəniyyət xadimlərinin respublika səviyyəsində yubileylərinə dair müxtəlif tədbirlər, o cümlədən: ədəbiyyat sərgiləri, söhbətlər, biblioqrafik icmallar, oxucu konfransları, görüşlər keçirir;

Şöbədə kütləvi tədbirlərlə əlaqədar yığılan materialların elektron məlumat bazası, tədbirlərdən xülasələr  başlığı altında rubrikalar açılmışdır. Keçirilən tədbirlər haqqında kitabxana  saytına materialların ötürülməsini müntəzəm olaraq  təmin edir.

 



91 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79