Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 11:53

   KOMPLEKTLƏŞDİRMƏ ŞÖBƏSİ 

Şöbə müdiri: Əmrahova Şəlalə Məmməd qızı
E-mail:  shelale@yahoo.com

Şöbə haqqında ümumi məlumat

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Komplektləşdirmə şöbəsi 1965-ci ildə yaradılmışdır. Şöbə yarandığı gündən indiyə qədər komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1971-ci ildən isə Komplektləşdirmə şöbəsinin nəzdində kataloqlaşdırma və kitabişləmə bölməsi təşkil edilmişdir.

Strukturu

Ədəbiyyatın biblioqrafik təsviri bölməsi.

Baş əlifba kataloqu bölməsi.

Vəzifələri

Azərbaycan, rus və xarici dillərində olan ədəbiyyatın biblioqrafik təsviri, əlifba kataloqunun tərtibi və müntəzəm olaraq şöbənin kataloq sisteminin elmi və texniki redaktəsini həyata keçirmək, 2013-cü ildən başlayaraq kitabxanaya alınan bütün ədəbiyyatın bölünməsi, uçot sənədlərinin aparılması işi şöbənin öhdəsinə verilmişdir. Həmçinin hədiyyə kitabların qiymətləndirilməsi işi şöbə tərəfindən həyata keçirilir. Şöbədə təsvir olunmuş ədəbiyyata çıxarılan kartoçkalar redaktə olunaraq düzülmək üçün aşağıdakı kataloqlara təhvil verilir:

Azərbaycan və rus dillərində olan müxtəlif növ ədəbiyyatın Baş Əlifba kataloquna;

Elektron resurslar fondunun təşkili və ondan istifadə şöbəsi kataloquna;

Qızıl fondun kataloquna;

Ədəbiyyatın sistemli düzülüş üçün kataloquna; 

Fəaliyyət istiqamətləri

Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan, rus və xarici dillərində olan bütün növ ədəbiyyat kartoçkaları öz əksini tapmışdır. Oxucu Baş əlifba kataloqundan daha düzgün və dolğun cavab tapmaq üçün istifadə edir.

Kitabxanaya alınan ədəbiyyatın əlifba kataloqu əsasən daxili xidmət kataloqudur və müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur.

Kitablara ştrix kodun vurulması  şöbə tərəfindən həyata keçirilir.



212 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79