Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 11:38

  KİTABSAXLAYICI ŞÖBƏ 

Şöbə müdiri: Səfərova Fəridə Xosrov qızı
E-mail: seferova93@mail.ru

Şöbə haqqında ümumi məlumat:

Kitabxana yarandığı dövrdə fondun ümumi  həcmi 43.000 nüsxə təşkil edirdi ki, onun da 27337 nüsxəsi uşaq ədəbiyyatı idi. Kitabsaxlayıcıda bütün elm sahələri üzrə kitablar, jurnallar, ardı davam edən nəşrlər, qəzetlər, toplanır.Əsas diqqət fondun formalaşdırılmasına, ondan istifadə olunmasına və mühafizəsinə verilir.Fondun tərkibində azsaylı xalqların ədəbiyyatı, səfirliklərin kitabxanaya hədiyyə etdiyi uşaq ədəbiyyatı nümunələri həmin dövlətin dilində saxlanılır.

Fondda ədəbiyyat sistemli qaydada düzülmüşdür .

Fond ədəbiyyatın dilinə görə 3 bölmə üzrə  sistemləşdirilmişdir :

Azərbaycan ədəbiyyatı

Xarici ədəbiyyat

Rus ədəbiyyatı

Strukturu

Azərbaycan ədəbiyyatı bölməsi (kiril və latın qrafikası üzrə)

Qızıl fond

Qəzet, jurnal və digər ardı davam edən nəşrlər bölməsi

Elektron informasiya daşıyıcıları  bölməsi

Sistemli  ədəbiyyat bölməsi

Vəzifələri

Əsas kitab fondundan kitabxananın bütün oxu zallarının oxucularının, KAA bölməsinin abonentlərinin və kitabxananın əməkdaşlarının istifadəsini təmin edərək çoxsaylı ədəbiyyat fondunu mühafizə edir.

Respublika kitabxanalarına fondun təşkili, qorunması və ondan istifadə olunması haqqında metodik köməklik göstərir.

Uşaq ədəbiyyatı saxlayıcısı olmaqla onu qoruyur və fonddan istifadəni təmin edir.

Fəaliyyət istiqamətləri

Kitabsaxlayıcıda ədəbiyyat verilişi oxucuların sifarişi əsasında həyata keçirilir. Kitabsaxlayıcınun fondu kitabxananın bütün kataloqlar sistemində öz əksini tapır;

Qəzet fondunda uşaq nəşrləri qorunub saxlanılır.



140 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79