Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

16-11-2016 11:14

ELMİ METODİKA ŞÖBƏSİ

Şöbə müdiri: Məmmədli Ruhiyyə Mikayıl qızı

2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.
E-mail:  memmedli.ruhiyye@mail.ru

Şöbə haqqında ümumi məlumat

1965-ci ildə Respublika Uşaq Kitabxanasının yaradılması uşaqlara kitabxana xidmətinin və onun metodik təminat sisteminin formalaşmasında irəliyə atılmış ciddi addım oldu. Belə ki, uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzinin meydana  gəlməsi nəticəsində respublikada fəaliyyət göstərən bütün uşaq kitabxanalarına metodik rəhbərlik təmin edildi. Respublikada uşaq kitabxanalarının fəaliyyətini metodik cəhətdən tənzimləyən mərkəzin yaradılması uşaqlara xidmət edən kitabxanaların təşkilati metodik problemlərinin vahid qaydada həllini təmin etməkdən, eyni zamanda ayrı- ayrı kitabxanaların qabaqcıllar səviyyəsinə qaldırılmasına kömək etməkdən ibarət idi.

Vəzifələri

Kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsi məqsədilə respublikada fəaliyyət göstərən bütün kitabxanaların uşaq şöbələrinə elmi metodik mərkəz kimi rəhbərlik etmək, tövsiyələr vermək;

Rayon və şəhər mərkəzi kitabxanalarının uşaq şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxanaların və elektron kataloqun yaradılması və onlardan istifadənin təşkili, xidmət prosesində İnternetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərmək, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin etmək;

Oxuculara göstərilən yeni xidmət növlərinin yerlərdə təbliği və onlardan iş prosesində istifadənin təşkilini həyata keçirəcək kadrların hazırlanması məqsədilə seminar-məşğələlərin, ustad dərsləri və treninqlərin təşkili;

Yeni texniki vasitələrin kitabxana işinə tətbiqi ilə əlaqədar kitabxana işinin aktual problemlərinə, bu və ya digər məsələlərinə dair metodik vəsaitləri, tövsiyələri hazırlayıb nəşr etmək

Fəaliyyətinin əsas istiqamətləri

Kitabxananın müvafiq şöbələrindən, respublikanın MKS-lərindən, Bakı şəhəri ərazisində yerləşən MKS-lərdən və bir sıra şəhər kitabxanalarından müraciət edən işçilərin sorğularını yerinə yetirir və metodik köməklik göstərir;

Ezamiyyələr təşkil edib, yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir;

Metodik vəsaitlər və tövsiyələr hazırlayaraq, nəşr olunmuş vəsaitləri yerlərə çatdırır;

Yerlərdə rayonlararası zona-seminar müşavirələri keçirir;

Qabaqcıl kitabxanaların iş təcrübəsini öyrənib, digər kitabxanaların işinə tətbiq edilməsinə metodik köməklik göstərir .

Respublikada fəaliyyət göstərən MKS-in uşaq şöbələri haqqında göndərilmiş illik iş planı, mətn hesabatı və statistik hesabata dair rəylərini bildirir;

Müxtəlif mövzularda rəy sorğuları təşkil edərək tədqiqat işi aparır və bunun müqabilində elmi metodik vəsaitlər hazırlanır

Kitabxananın fəaliyyət göstərən 3 filialına ayda bir dəfə olmaqla gedişlər olur, köməklik göstərilərək tövsiyələr verilir.

Hər il üçün Əlamətdar və tarixi günlər təqvimi daha mükəmməl hazırlanaraq yerlərə göndərilir.



161 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79