Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

29-06-2017 16:52

“Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.

30 iyun saat 11:00-da Milli Kitabxanada Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan və “Uşaq ədəbiyyatı xəzinəsi” sersiyasından çap olunan Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək. Ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2017 ci illərdə dərc olunan materiallar əks olunub.

Göstərici dörd hissədən ibarətdir.

I hissə-Abbas Səhhətin əsərləri:

II hissə-Abbas Səhhət haqqında:

III hissə-Abbas Səhhət xarici dildə:

IV hissə-Köməkçi göstəricilər:

Göstəricidə 1101 adda əsərin biblioqrafik təsviri verilib. Onların içərisində 3 filmoqrafiya və 10 əsas arxiv materialları və əlyazmaları öz əksini tapıb. Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhət Mehdizadənin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafiyada görkəmli şairin qələmə aldığı bütün əsərlər və onun haqqında yazılan materiallar öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Təqdimat mərasimində bir çox qonaqların iştirakı nəzərdə tutulub.



139 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79